Bölgə xəbərləri

Yevlaxın Xanabad kəndində balıqçılıq əhalinin əsas gəlir mənbəyidir

6 Fevral 2013 20:44
Baxış: 2 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Yevlaxın Xanabad kəndində balıqçılıq əhalinin əsas gəlir mənbəyidir. Elə bu ərazidən keçərkən də yol boyu balıq satanları görmək mümkündür. Bu işlə gündəlik məşğul olan sakinlər səhər tezdən balıq tutmaq üçün Xanabad kanalına gəlir və daha sonra tutduqları balığı satmaq üçün buraya gəlirlər.

Yol kənarında satılan balıqlar əsasən, sudak, talstolop, karas, bobla, sazan balıq növləridir. Qiymət isə balıqların növü və çəkisindən asılı olaraq dəyişir.

Ancaq burada əsas diqqət çəkən məqam burada sanitar-gigiyenik qaydalara əməl olunmamasıdır. Belə ki, buradan gün ərzində yüzlərlə avtomobilin keçdiyini və bu səbəbdən göyə yüksələn toz-dumanı nəzərə alsaq, burada satılan məhsulların təmizliyindən necə danışmaq olar. Yol kənarında satılan balıqların keyfiyyət göstəricilərinə və gigiyenik qaydalara əməl olunmasına əsaslanan sertifikatın olması zəruridir. Ancaq satıcılar bu barədə sualımıza cavab verməkdə çətinlik çəkiblər. Bu isə hər hansı sertifikatın olmasını şübhə altına alır.

Sorğu apardığımız satıcılardan biri satdığı məhsulun keyfiyyəti və sanitar şəraiti ilə bağlı sənədlərin olması ilə əlaqədar müxtəlif bəhanələr gətirdi.

Qeyd edək ki, lazımi sənədləri gətirmək bəhanəsi ilə yoxa çıxan satıcını bir daha geri qayıdan görmədik.

Yol boyu balıq satışı ilə məşğul olan satıcılar sırasında bir balıqçının digərlərindən fərqli olaraq satış qaydalarına müəyyən qədər də olsa, əməl etdiyini müşahidə etdik.

Onu da bildirək, balıqların satılmasında müşahidə olunan anti-sanitar şəraitlə yanaşı, yol kənarında satılan balıqların içərsində köhnə balıqlar da gözümüzdən qaçmadı.

Qeyd edək ki, təzə balığı köhnə balıqdan seçə bilmək elə də çətin deyil. Təzə balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur. Keyfiyyətli təzə balığın gözləri şəffaf, parlaq olur. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir, çəhrayı, qırmızı, qonur rənglər yaranır

Balıqçılar qeyd edirlər ki, nağıldaki kimi balıq hesabına qızıl təhnə, dəbdəbəli saraya sahib olmasalar da, bu sahədən gəlirləri az olmur.

Lakin daha çox gəlir əldə etmək üçün keyfiyyəti də unutmaq olmaz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.