Ermənistan Gorus-Qafan yoluna görə çıxılmaz vəziyyətdə
İrandan Ermənistana idxal olunan benzin və maye qazın həcmi kəskin şəkildə azalıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vahe Davtyan "Sputnik Ermənistan"a müsahibəsində bildirib.
O, bunu Azərbaycanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsinə nəzarət etməsi ilə əlaqələndirib.
"Bizim burada həqiqətən də ciddi problemlərimiz var və Gorus-Qafan yolunda baş verənlər maye qazın qıtlığına və qiymət artımına birbaşa təsir edir. Təkcə son bir ayda Ermənistanda maye qazın qiyməti 20 dram artıb" - deyə Davtyan bildirib.
Onun sözlərinə görə, qiymət artımı bununla məhdudlaşmayacaq. Ekspert əmindir ki, yeni bahalaşma hələ qarşıdadır. Məsələ burasındadır ki, maye qaz Ermənistana iri yük maşınlarında gətirilir. Bunun üçün Ermənistan hakimiyyətinin çəkdiyi alternativ dolama yolları çox dar və keçilməz olacaq:
"Bu vəziyyət aradan qaldırılmasa, təbii ki, kəsir artacaq və bu da öz növbəsində qiymətlərin uzun müddət bahalaşmasına səbəb olacaq. Ermənistanda avtomobillərin əksəriyyəti təbii qazla işlədiyi üçün təbii ki, bazarda müəyyən dəyişikliklər baş verəcək. Xüsusilə, artıq sıxılmış qaz satış məntəqələrindən siqnallar gəlir ki, orada müəyyən qiymət artımı gözlənilir".
Davtyanın fikrincə, indiki çətin vəziyyətdə Rusiyanın maye qazı Ermənistan bazarı üçün müəyyən həyat xəttinə çevrilə bilər. O, əmindir ki, İran-Ermənistan yolunun bağlı və ya təhlükəli olması səbəbindən erməni idxalçılar tədricən Rusiyadan idxala diqqət yetirəcəklər:
"Amma bu ssenaridə də Ermənistan bazarı üçün gizli təhlükələr var. Fakt budur ki, Rusiya Federasiyasında daxili bazarı inflyasiya şoklarından qorumaq üçün maye qaz və benzinin ixrac həcminə kvotaların tətbiqi məsələsi vaxtaşırı müzakirə olunur. Bunu nəzərə alaraq deyə bilərik ki, bəli, Rusiya versiyasını müəyyən mənada xilasedici hesab etmək olar, lakin Ermənistanla bağlı oxşar qərar verilərsə, bu sahədə mümkün kəsiri aradan qaldırmaq çox çətin olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı
-
Nəcəf hava limanı İran reyslərini dayandırdı
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Fan Forumda Formula 1 coşqusu: Azarkeşlər pilotlarla görüşdü - (Foto)
-
Putin Britaniyadakı səfiri vəzifəsindən azad etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır





