Soçi görüşünün Rusiya üçün əhəmiyyətini artıran SƏBƏB - Sergey Markov AÇIQLADI
"9-10 noyabr 2020-ci il tarixli Atəşkəş Müqaviləsinə sadiqlik bir daha təsdiqlənəcək. Bu, ümumilikdə vacibdir və nəzərə alsaq ki, Ermənistanda bu sazişin ləğvi əhval-ruhiyyəsi artır, Soçidə, Putinin iqamətgahında Azərbaycan, Ermənistan, Paşinyan və Rusiya liderlərinin görüşdə üçtərəfli birgə bəyanatın təsdiqlənməsi ehtimalı 100%-ə yaxındır".
Bunu Milli.Az-a açıqlamasında tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
O bildirib ki, Soçi görüşü Rusiya üçün çox əhəmiyyətlidir:
"Sərhədin delimitasiyası və demarkasiyası haqqında sonda işçi qrupu yaradılacaq. Bu ehtimal da 90%-dir. Xəritə kimi Rusiya ordusunun Baş Qərargahının Azərbaycan SSR ilə Ermənistan SSR arasındakı sərhəd xəritələrindən istifadə olunacaq.
Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı 4 dəhliz məsələsi gündəmdədir:
I. Qarabağ və Ermənistan arasında Laçın dəhlizi uğurla fəaliyyət göstərir. Amma Azərbaycan istərdi ki, Azərbaycanın gömrükçüləri orada görünsünlər.
II. Ən mühüm dəhliz olan Zəngəzur, Naxçıvan arasında Türkiyəyə, Ermənistan vasitəsilə Azərbaycana və daha sonra Rusiyaya çıxışı təmin edə bilər. Bu, bölgənin inkişafına ən böyük iqtisadi təsir göstərəcək nəqliyyat kommunikasiyası ola bilər.
III. Ermənistan və Rusiya arasında dəhliz məsələsi.
IV. Qarabağın rus sülhməramlıların nəzarətindəki ermənilərin yaşadıqları hissəsi ilə Azərbaycan ərazisi arasında marşrutların açılması.
Son həftələr intensiv danışıqlar gedir. Hər hansı bir yüksəlişin olub-olmayacağı hələ dəqiq deyil. Görüş zamanı çox məsələylə bağlı qərar verilə bilər.
Azərbaycanda əsirlikdə olan çoxlu sayda erməni hərbçiləri var. Amma Azərbaycan təkid edir ki, yalnız 10 noyabr sülh müqaviləsindən sonra silahla əsir düşənləri saxlasın. Görüşdən əvvəl Azərbaycan iki əsiri Ermənistana təhvil verib. Belə ki, əsir məsələsi ilə bağlı Paşinyan evə əliboş qayıtmayacaq. Bunu da Əliyevin Paşinyana növbəti jesti adlandırmaq olar.
Soçi görüşü zamanı bəzi humanitar məsələlərdə də razılıq əldə olunacağını düşünürəm. Həmçinin gündəmdə Ermənistanla Türkiyə arasında münasibətlərin bərpası məsələsi var.
Bütün bunlarla yanaşı, dekabrın 15-də Brüsseldə Aİ-nin anti-Rusiya Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Paşinyan və Əliyev arasında görüş gözlənilir. Rusiya üçün vacibdir ki, Soçidə Rusiya ilə vacib olan hər şey həll olunsun və Brüssel yalnız Putinlə müqavilələri zamin kimi təsdiqləmək məcburiyyətində qalsın. Putin üçün bu, mühüm görüşdür, çünki Putin Azərbaycan və Ermənistan arasında müharibənin bitməsini Rusiyanın 2020-ci ildəki ən mühüm siyasi uğuru hesab edir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





