“Maneəsiz hərəkət” ifadəsi “dəhliz” sözü ilə eyni hüquqi məna daşıyır" - Sevil Mikayılova
"2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın bəndlərindən biri nəqliyyat yollarının açılmasını nəzərdə tutur. Sənəddə "dəhliz" sözünü "görməyən" Ermənistan Baş Naziri Nikol Paşinyanın nəzərinə çatdırmaq istərdik ki, Bəyanatın 9-cu bəndində yer almış "maneəsiz hərəkət" ifadəsi əslində "dəhliz" sözü ilə eyni hüquqi məna daşıyır". Milli.Az bildirir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputatın sözlərinə görə, bəyanatın imzalanmasından ötən bir il ərzində Paşinyan və onun komandası "dəhliz" ifadəsi ətrafında vaxtaşırı apardığı spekulasiyaları ilə yadda qalıb: "Onun məntiqsiz "dəhliz məntiqi" prosesləri heç də Ermənistanın xeyrinə olmayan məcrada ləngidir. Dəfələrlə etiraf edərək kommunikasiya xətlərinin açılmasının Ermənistan üçün çox əhəmiyyətli olduğunu bildirib, amma eyni zamanda təzadlı, həqiqətdən uzaq, məntiqsiz bəyanatlar səsləndirərək əslində hələ də öz xalqı üçün həyati vacib qərarların verilməsində nə qədər zəif lider olduğunu bir daha sərgiləyir. Azərbaycanla onun Naxçıvan Muxtar Respublikasını bağlayan komunikasiya əlaqəsi məhz Qərbi Zəngəzurdan keçir və Ermənistan 10 Noyabr bəyanatına imza atarkən bu məqamı bilməliydi. Hazırda marşrut müəyyənləşdirmək vaxtı deyil, o artıq müəyyəndir. Təxminən 40 km uzunluğunda olacaq bu nəqliyyat dəhlizi uzun illər blokadada qalan Ermənistan üçün əslində nəfəslik deməkdir. İlk dəfə kağız üstə müstəqil olan Ermənistan qonşuları ilə açıq hərəkət marşrutuna yiyələnmək şansı qazanır. Ermənistan Zəngəzur dəhlizinin açılması ilə Yerevan iqtisadi blokadadan qurtulacaq".
S.Mikayılova vurğulayıb ki, rəsmi Yerevanın diqqətinə çatdırmaq istərdik ki, dəhlizin açılması labuddür, belə ki, bu, dövlətlərarası sənəddə öz əksini tapıb: "Sənədə görə, Ermənistan Azərbaycanla Naxçıvan MR arasında mövcud olacaq bu dəhliz boyunca hərəkət təhlükəsizliyini təmin etməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
XƏBƏR LENTİ
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Ağcabədidə iki qardaşın ölümü ilə nəticələnən qəza baş verib - (Foto)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto)
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır





