“Bakı ilə İrəvan ortaq məxrəc tapdı” - Şok açıqlama
"Bölgədə kommunikasiyaların açılması ilə bağlı tərəflər arasında ortaq məxrəc var, amma texniki imkanlara uyğun olaraq blokadanın açılmasının texniki və ekspert səviyyəsində bir çox variantlarını işləyib hazırlamışıq, müzakirə etmişik, amma hansının işləyəcəyi ilə bağlı yekun razılaşmamız yoxdur".
Milli.Az kanal.az-a istinadən bildirir ki, Ermənistan baş nazirinin müavini, Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun üzvü Mqer Qriqoryanın "Hraparak" qəzetinə müsahibəsini ixtisarla təqdim edirik.
- Cənab Qriqoryan, yaxın vaxtlarda imzalanacaq (Azərbaycanla) sənədin məzmunu ilə tanışsınızmı?
- Hazırda sənədin imzalanması ilə bağlı razılaşma yoxdur.
- Belə olan halda Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin görüşünün məqsədi nədir?
- Orada sənədin imzalanması baxımından heç bir belə məlumatı təsdiq edə bilmərəm.
- Nikol Paşinyanın ruslardan təklif aldığını dediyi demarkasiya və delimitasiya sənədi yaxın vaxtlarda imzalanacaqmı?
- O proseslə bağlı heç bir səfərin, görüşün əhəmiyyəti yoxdur. İstənilən halda bu, həyata keçirilməli olan prosesdir və görüşün olub-olmaması ona birbaşa təsir göstərmir.
- Brüssel görüşünün formatı və gündəliyi barədə məlumatınız varmı?
- Bu, mənim proqramım deyil, buna görə də görüşün gündəliyinə münasibət bildirməyim düzgün olmaz.
- Dünəndən insanlar hökumət binası qarşısında mitinq keçirir, imzalanacaq sənədin məzmununu yayımlamağı tələb edirlər.
- Kimlərin nə üçün mitinq keçirdiyini bilmirəm. Amma yenə deyirəm, hazırda həmin görüşlə bağlı heç bir məlumatım yoxdur.
- Nikol Paşinyan bildirdi ki, Rusiyadan demarkasiya və delimitasiya ilə bağlı üç təklif alıb və hər üçü sizin üçün məqbuldur. Həmin təkliflərin məzmunu ilə tanışsınızmı?
- İndi onun detallarını verə bilmərəm.
- Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın üzvüsünüz, o müzakirələrdə hara çatdığınızı deyə bilərsinizmi və ortaq məxrəcə gələ bilərsinizmi?
- Hazırda deyə bilmərəm ki, bizim ortaq məxrəcimiz var, amma texniki imkanlara uyğun olaraq blokadanın açılmasının texniki və ekspert səviyyəsində bir çox variantlarını işləyib hazırlamışıq, müzakirə etmişik, amma hansının işləyəcəyi ilə bağlı yekun razılaşmamız yoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib





