İki yol ayrıcında qalan miskin Ermənistan
Dünya qlobal qarşıdurma faktı ilə üzbəüzdür. Bu mürəkkəb qlobal eskalasiyanın bir ayağı da gəlib bizim regionumuza çıxır.
Sərhəddəki təxribat Ermənistan hakimiyyəti tərəfindən törədilir. Burda Ermənistan daxilindəki qüvvələr ilə xaricdəki qüvvələrin hədəfləri bir-birindən fərqlənir. Eyni şəkildə daxildəki qüvvələrin öz arasında da, xaricdəki dəstək verən qüvvələr arasında da ciddi bir-birinə zidd niyyət fərqi var.
Paşinyan hakimiyyəti sülh prosesini sabotaj etməklə məşğuldur. Sülh prosesinin gecikməsi, avtomatik sərhədlərin delimitasiyasını və Zəngəzur koridorunu qeyri-müəyyən müddətə təxirə salır. Hər iki mövzu hazırda Paşinyan hakimiyyəti üçün yaralı mövzudur. Paşinyan eyni vaxtda bölgədə gərginlik yaratmaqla ATƏT Minsk qrupunu, və onun timsalında Qərbi (xüsusilə Fransanı) yenidən regiona qaytarmaq, münaqişənin bitmədiyini dünyaya isbat etmək və onların təzyiqi ilə Qarabağın dağlıq hissəsinə status əldə etməkdir. Bu minvalla həm də öz hakimiyyətini möhkəmləndirəcək və Qərbin regiondakı etibarlı tərəfdaşı funksiyasını icra etməyə davam edəcək. KTMT müqaviləsinə əsasən Rusiyanı dəvət etmək də buna hesablanıb. Rusiyanı seçim qarşısında qoymaq, Rusiya Azərbaycanla açıq müharibəyə görmədiyi təqdirdə Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması məsələsini yenidən aktivləşdirmək, Ermənistanı yenidən Qərbə aparmaq.
Qarabağ klanı bu təxribatlarla Paşinyanın uğursuzluğunu, zəifliyini göstərmək, Ermənistanın Azərbaycan tərəfindən işğal təhlükəsini vurğulamaq, xilaskar obrazında indiki hakimiyyəti devirib, yenidən hakimiyyətə gəlməkdir. Bu klanın təxribatlarda və xəyanətdə rolu olması istisna deyil. Tamamilə Rusiyaya bağlı olan bu qrupun yekun hədəfi həm revanş götürərək itirilmiş hakimiyyəti qaytarmaq, həm də Rusiyanın Belarus İttifaqının Cənubi Qafqaz ayağını ən qısa zamanda formalaşdırılmasıdır.
Rusiya bu təxribatlarla həm Ermənistana, həm də Azərbaycana təzyiq imkanları əldə edir. Noyabrda Peskovun elan etdiyi üçtərəfli görüş baş tutmadı, heç virtual da alınmadı. Deməli, Moskva regiona faktiki nəzarəti itirib. Türk Dövlətləri Təşkilatı, Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü, Aİ ilə Şərq tərəfdaşlığı proqramı müzakirəsi Rusiyanın çox da ürəyindən deyil. Üçtərəfli görüşdə tələb edəcəyi şərtlər müəmma olaraq qalsa da, Azərbaycan dövlət maraqlarına uyğun olmadığı dəqiqdir.
Fransa regionda və dünyada itirdiyi mövqeyi bərpa etməyə çalışır. Ermənistan bunun üçün ən ideal variantdır. Üstəlik, burdan İran ilə olan əlaqələrini yenidən bərpa edə, Azərbaycan, Türkiyə və Rusiyadan kənar, yeni Cənub-Şimal koridorunu inşa edə bilər. Bu məqsədlə Aİ 1.6 milyard avro vəsait ayırmışdı, Fransa onu bir günə 2.6 milyarda qədər artırdı. Deməli, hədəf böyükdür.
Baş verənlər yeni bir Tovuz döyüşlərini xatırladır. Bu dəfə oyun quran biz deyilik. Ehtiyatlı və ayıq olmaqda fayda var.
Dünya müharibəsinə doğru gedirik. Fillərin təpişməsində əzilməmək ümidi ilə...
Turab Rzayev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib (Foto)
-
Azərbaycan və Peru ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər - Xarici İşlər Nazirliyi
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
XƏBƏR LENTİ
-
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik edib - (Foto)
-
Mats Qrotenbreq 28 yaşında həyatını itirdi
-
ABŞ-də yol kameraları Bluetooth cihazlarını da tanıya biləcək
-
Dünya çempionatında Niderland 3:1 hesabı ilə qalib gəlib
-
DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
-
Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb
-
Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
Almaniyada evlərin cəmi 6%-ində kondisioner var
-
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Arda DÇ-də rekorda imza atdı
-
Xankəndidə hərbi yürüş keçirilib - (Video/Foto)
-
Rusiya Ermənistandan balıq idxalını tam şəkildə qadağan etdi
-
AZAL donanmasına ilk Airbus A321neo təyyarəsini əlavə edib - (Foto)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib
-
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
-
Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib
-
İran Hörmüz boğazı üçün marşrut qaydalarını yenidən təsdiqləyib
-
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanılıb
-
Brent neftinin qiyməti 73,75 dollara düşdü
-
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
-
Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu
-
DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi





