Siyasət

Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayrılıb - SƏRƏNCAM

17 Noyabr 2021 14:13
Baxış: 919

Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 800 000 manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.