Siyasət

“Həmişə iki dövlət, bir millət ruhu ilə çiyin-çiyinə olmuşuq” - Fəxrəddin Altun

9 Noyabr 2021 08:42
Baxış: 726

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

F.Altun bu barədə rəsmi tvitter hesabında paylaşım edib.

"Eyni kədəri və sevinci paylaşaraq, biz həmişə iki dövlət, bir millət ruhu ilə çiyin-çiyinə olmuşuq. Keçən il bu gün bu yürüş mübarək qələbə ilə taclandı. Azərbaycanlı qardaşlarımızın böyük müqavimət ruhu ilə azad etdiyi Qarabağımıza salam olsun", - deyə təbrikdə deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.