Siyasət

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistana çağırış edib

9 Noyabr 2021 08:22
0 Şərh     Baxış: 791

ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatının imzalanmasının ildönümü münasibətilə rəsmi Bakı və İrəvana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) xətti də daxil olmaqla, münaqişə ilə bağlı bütün qalan məsələləri həll etmək üçün əlaqələrin intensivləşdirilməsinin zəruriliyinə işarə edib.

"Biz Ermənistan və Azərbaycanı həll olunmamış bütün məsələlərin kompleks həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq", - Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.