Siyasət

Qari Ceykobs: Azərbaycan bütün dünyaya kiçik bir ölkənin qlobal miqyasda dəyişikliklərə təsir edə biləcəyini göstərdi

5 Noyabr 2021 15:42
Baxış: 441

Azərbaycan bütün dünyaya sübut etdi ki, kiçik bir ölkə qlobal miqyasda dəyişikliklərə təsir göstərə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri "World Academy of Art and Sciences"in prezidenti Qari Ceykobs jurnalistlərə müsahibəsində deyib.

"Münaqişənin bitməsi çox müsbət haldır. Azərbaycan öz xarici diplomatiyası ilə dünyada müsbət nümunədir. Bir neçə gün əvvəl Prezident İlham Əliyevlə görüşdə o bildirdi ki, bütün tərəflər arasında regional əməkdaşlıq qurmaq lazımdır. Artıq münaqişələrə ayırmağa vaxt yoxdur, digər qlobal çağırışlar üzərində birgə çalışmalıyıq", - deyə Qari Ceykobs bildirib.

Ölkəmizdə olmasından məmnunluğunu ifadə edən Qari Ceykobs Azərbaycanı gələcəkdə daha da uğurlu görmək istədiklərini diqqətə çatdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.