Siyasət

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib - VİDEO

4 Noyabr 2021 15:15
Baxış: 964

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "COVID-19-dan sonrakı dünya" adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirildi.

Söhbət zamanı tədbir iştirakçıları arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi də məmnunluqla qeyd edildi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.