Siyasət

Azərbaycan Prezidenti: "Azad olunmuş ərazilərin yerlə-yeksan edilməsi barbarlığın təzahürüdür"

4 Noyabr 2021 10:49
Baxış: 429

Noyabrın 9-da Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Həmçinin işğal altında qalan digər ərazilərdən çıxmaq cədvəli verildi. Azərbaycan xalqı bu tarixi Qələbəmizi qeyd edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.

Azad olunmuş ərazilərin tamamilə yerlə-yeksan olunduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, hətta Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.