Dövlət başçısı və Birinci xanım “Qubadlı” yarımstansiyasının açılışını ediblər - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verdi.
Bildirildi ki, yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilib. 150-160 MVt gücötürmə qabiliyyətinə malik yeni xətt layihələndirilərkən rayon üçün səciyyəvi iqlim parametrləri - buzlaşma, küləyin maksimal sürəti, qarın qalınlığı, çirklənmə və başqa amillər, o cümlədən baş verə biləcək qəza hallarının qarşısının alınması, lokallaşdırılması üçün zəruri sistem yaradılıb.
Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib. Bu günə qədər "Azərenerji" ASC tərəfindən Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda 110 kV-luq yeni yarımstansiyalar tikilib. Bütün yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.
Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
Məlumat verildi ki, yarımstansiyanın rəqəmsal idarə edilməsinin prioriteti olan iki əsas məsələ - rəqəmsallaşmaya inteqrə olunan avadanlıqların təmin olunması və idarəetmə üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik kabel şəbəkəsinin yaradılması məsələləri həllini tapıb.
"Qubadlı" yarımstansiyasının işçi personalı üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılması məqsədilə müasir texnologiyalar əsasında yeni İdarəetmə Mərkəzi tikilib. Yarımstansiyada iki ədəd 25 MVA gücündə transformator quraşdırılıb. Yarımstansiyanın idarəetmə sistemi müasir tələblərə cavab verən Micro SCADA sistemi yaradılmaqla "Azərenerji"nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarə edilməsi təmin olunub.
Qeyd edək ki, işğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Yeni "Qubadlı" yarımstansiyası tikilərkən bu amil nəzərə alınıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır - (Video)
-
Tramp: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram
-
Tramp şikayətləndi: Uşağını məndən çox sevir, qəzəbliyəm
-
Azərbaycanın səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib - (Foto)
-
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
-
Azərbaycanla Türkmənistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
XƏBƏR LENTİ
-
Tayvanda tullantıların arasında başlayan yanğın partlayışa səbəb oldu
-
Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndəriləcək
-
Göyçayda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var
-
Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir
-
ABŞ-nin dövlət borcu 50 trilyon dollara çata bilər
-
“Teşkilat”a yeni aktyor gəldi
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
-
Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
-
Azərbaycanda xarici onlayn xidmətlərə vergi tələbi qüvvəyə mindi
-
Gədəbəydə ağır qəza: Niva yoldan çıxaraq aşıb
-
Məşhurların ölümündən sonrakı “macəraları” – MÜƏMMA davam edir
-
Makaronun yapışmaması üçün sadə üsul
-
Bu bitki stressi və qan şəkərini azaltmağa kömək edə bilər
-
Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi
-
Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
-
Maşında ürəkbulanmanın yaranma səbəbi
-
Bu restoranda hər şey baş-ayaqdır: Nə masası var, nə də qapısı...
-
Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş
-
2026-cı ilin noyabrı dünyanın sonudur! - Alimlər 66 il əvvəl niyə belə düşünüb?
-
Dabanınız çatlayırsa, bunu edin
-
Braziliyada alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
-
"Zirə" evdə "İmişli"ni məğlub edib
-
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb





