Siyasət

Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır - Britaniya səfiri

22 Oktyabr 2021 14:54
Baxış: 483

Neft-qaz ölkəsi olan Azərbaycan qlobal iqlim dəyişikliyi ilə lazımi şəkildə mübarizə aparır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı (COP-26) konfransı ərəfəsində Bakıda keçirilən tədbir zamanı deyib.

O bildirib ki, bu gün bir çox ölkələr iqlim dəyişikliyi ilə mübarizə apara bilmir: "Ümid edirəm ki, Qlazqoda keçiriləcək iqlim dəyişikliyi ilə bağlı görüş üzv ölkələr üçün faydalı olacaq".

C.Şarp qeyd edib ki, kömür yanacağından, dizel və benzinlə işləyən avtomobillərdən imtina etmək lazımdır:

"Böyük Britaniya bu məqsədlərə 2030-cu ilədək nail olmaq niyyətindədir. Alternativ enerjiyə keçid dörd dəfə tez baş tutmalıdır. Ümid edirəm ki, Qlazqodakı COP-26 tədbiri Azərbaycana iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə vasitələr təqdim edəcək".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.