Azərbaycana qarşı məkrli təklif - Pakistan və Rusiyadan İrana RƏDD CAVABI
"İran Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemləri ilə maraqlanır. Türkiyənin bu sistemləri alması İranı da həvəsləndirib. İran uzun illərdir ki, müraciət etsə də, Rusiyadan bu silahı ala bilmir. Zənnimcə, indi də bu istəyi baş tutmayacaq. Çünki İrana qarşı ABŞ-ın sanksiyaları var. Rusiya da bəzi məqamlarda bu sanksiyalara dəstək verib. Əgər Rusiya İrana öz müasir silahlarını satsa, bu, Vaşinqton-Moskva münasibətlərində yeni gərginliyin yaranmasına səbəb olacaq".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Qabil Hüseynli deyib.
Politoloq bildiib ki, son hadisələr İranın bütün maskalarını yırtdı. Deyərdim ki, İranın Ermənistandan da qəddar formada Azərbaycana nifrət bəsləməsinin şahidi oldum. Sanki gözlərimiz açıldı və İranın əsl simasını görə bildik. İran Azərbaycanı təkləmək üçün addımlar atmağa başlayıb. İran bu işə Ermənistandan başladı və guya Zəngəzurun müdafiəsi üçün bu bölgəyə qoşun yeritmək istədi. Məqsədi bu idi ki, Zəngəzurun müdafiəsi ona tapşırılsın. Bu, BMT nimzamnaməsinə və beynəlxalq hüquq normalarına qətiyyən uyğun gəlməyən, həyasız xahiş idi. Təbii ki, bu, Ermənistan tərəfindən rədd edildi. Eyni zamanda, Rusiyanın qətiyyən belə bir yerləşməyə icazəsi ola bilməzdi. Bundan sonra İran Xarici İşlər naziri Abdullahiyan Moskvaya getdi. Moskvada Rusiyaya Cənubi Qafqazda birlikdə hərəkət etmək təklifini verdi və Azərbaycana qarşı fikirlərini çatdırdı.
Rusiya İranın yeni iddialarını qəbul etmir və bölgədə hadisələrin daha da gərginləşməsini istəmir. Bu baxımdan, Abdullahiyanın apardığı təkliflər rədd edilib. Rusiya onu da yaxşı başa düşür ki, İran kimi bir teokratik rejimə barmağını uzatsan, qolunu qoparacaq. Buna görə də, belə bir anoloqu olmayan rejimin heç bir çərçivəyə sığmayan ambisiyası Rusiyanı da məmnun etmədi. Nəticədə İranın bütün iddiaları diplomatik şəkildə rədd edilib.
Bundan əvvəl İranın baş qərargah rəisi Bağıri, onu da deyim ki, o, Azərbaycan əsillidir - Pakistanda olub. Pakistan rəsmiləri İranın Azərbaycana qarşı yolverilməz addımlarını baş qərargah rəisinin diqqətinə çatdırdılar. Zənnimcə, İranın baş qərargah rəisi Pakistandan da əliboş geri döndü. İndi Bağırinin Moskva səfəri siyasidən çox, alış-veriş səfəridir. İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər göstərdi ki, onun ordusunun sərəncamında olan silah-sursat həddindən artıq köhnədir. Məsələn, 1966-cı ildə istehsal edilmiş Amerika tankları, 1970-ci illərin sovet silahları və s. Bunlar üçüncü nəsil silahlar sayılır. İndi isə dünya, o cümlədən Azərbaycan ordularını beşinci nəsil silahları ilə gücləndirir.
İran nə qədər qolu güclü olduğunu desə də, gördü ki, ordusu haqda yaratdığı təəssürat onun söylədiyi kimi deyil. Buna görə də, Rusiyadan silah almağa çalışır, baş qərargah rəisinin də bu səbəbdən Moskvaya getdiyini deyə bilərik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi





