Tehranda Azərbaycanla bağlı təcili toplantı: Ocaqnejad da qatıldı - TƏFƏRRÜAT - VİDEO
Cənubi Qafqaz bölgəsində yaşananlar, xüsusilə də İranla Azərbaycan arasındakı münasibətlərin son vaxtlar həddən ziyadə gərilməsi rəsmi Tehranda sürəkli müzakirələr mövzusudur.
Dünən də İran İslam Şurası Məclisində, yəni ölkə parlamentində "Azərbaycanla bağlı problemin həll yolları" aranıb.
Müzakirələr İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasında aparılıb.
Qapalı, təcili toplantıya İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü, ölkənin şimal-qərbini təmsil edən Deputatlar Assambleyasının üzvləri, habelə İranın dini liderinin Azərbaycandakı nümayəndəsi və İranın ölkəmizdəki sabiq səfiəri qatılmışdılar.
İran parlamentinin deputatı, Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Abbaszadə Meşkini də qapalı müzakirənin iştirakçıları arasında olub.
Onun dediyinə görə, ölkənin şimal-qərbindən olan Millət Vəkilləri Birliyinin üzvləri, o cümlədən Parlamentin sədər müavini Əli Nikzad, Milli Təhlükəsizlik Komissiyasının bir sıra üzvləri, ali dini rəhbərin Azərbaycandakı nümayəndəsi höccətülislam Əli Əkbər Ocaqnejad, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi və ETTELAAT Nazirliyinin rəhbərliyi və mütəxəssislərinin iştirakı ilə Qafqazda baş verənlərlə bağlı birgə iclas keçirilib.

Görüşə İranın Azərbaycandakı səfirliyinin bir sıra keçmiş əməkdaşları, həmçinin İranın Bakıdakı keçmiş səfiri Əhəd Qəzayi də dəvət olunmuşdular.
Meşkini söyləyib: "Xoşbəxtlikdən, İranın müvafiq dövlət qurumları arasında Cənubi Qafqazda, ələlxüsus da Azərbaycanda baş verən hadisələr haqqında çox real anlayış və yanaşma var. Bu anlayış Azərbaycandakı vəziyyətin və Qafqazda baş verənlərin real hesablanması və təhlili bölgənin gələcəyi və İranın qonşuları, xüsusilə də Azərbaycan Respublikası ilə münasibətləri ilə bağlı qarşıya aydın perspektiv qoyur".
Onun sözlərinə görə görüş çox məhsuldar və təfərrüatlı keçib: "Ümid edirəm ki, bu görüşlər davam etdiriləcək və nəticəsi İranın Qafqaz bölgəsindəki siyasəti və İranın Qafqazdakı qonşuları, xüsusilə də Azərbaycan Cumhuriyəti ilə bağlı strateji sənədin hazırlanmasına gətirib çıxaracaq".
Azərbaycanla bağlı "müzakirə"lər parlamentdəki qapalı toplantı ilə bitməyib.
İranın İnformasiya və Milli Təhlükəsizlik Nazirliyində qurumun rəhbəri, höccətülislam İsmayıl Xətibin sədrliyi ilə gizli toplantı olub. İran-Azərbaycan münasibətlərinin və son vaxtlar Zəngəzurda yaranmış situasiya, habelə İran-Ermənistan münasibətlərinin indiki durumu ilə perspektivlərinin təhlil olunduğu iclasa İ.Xətibin kəşfiyyat, mühafizə, siyasi kəşfiyyat və strateji tədqiqatlar üzrə dörd müavini qatılmışdı. İclasda nazirliyin Dövlət Təhlükəsizlik Xidməti də iştirak edib.

Ən nəhayət, İranın "İslam İnqilabı Keşikçiləri Korpusunun" ("Sepahe Pasdarane Enqelabe İslami", SEPAH və ya Pasdaran) komandanı, briqada generalı Hüseyn Səlaminin tapşırığ ilə strukturun Təbrizdəki idarəsində də iclas olub.
Bu üç toplantının leytmotivi və gəlinən nəticələr fərqli olmayıb. Tehran rəsmiləri Azərbaycana təzyiq, təsir və ya pressinqin gözlənilən nəticələr vermədiyi qənaətinə gəliblər. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın "Bakı ilə aramızdakı kiçik anlaşılmazlıqların siyasi dialoq və diplomatiya yolu ilə çözülməsi məqsədəuyğundur" deməsi də sonuclardan yaranmış qənaətdir.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





