Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib - FOTO
Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edilib.
Azərbaycanın Meksikadakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, sənəddə 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin təxribatçı addımlarına qarşı cavab tədbirləri gördüyü və beləcə həmin ölkənin təcavüzkar siyasətinə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı bildirilir.
Bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən təxminən 30 illik işğalından sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün fundamental hüquqlarını təmin edərək öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratdığı qeyd olunur.
Ardınca 27 sentyabrda "qardaş ölkə Azərbaycanın Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş əsgər və zabitlərinin xatirəsini yad etmək üçün ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında elan edilmiş Anım Gününü" qeyd etdiyi söylənilir və ölkə tarixində yeni bir dövrün başlanğıcını qoyduğu, bölgədəki reallıqları dəyişdiyi və beynəlxalq ədaləti bərpa etdiyi üçün "Anım Günü"nün Azərbaycanda olduqca əlamətdar tarix hesab olunduğu deyilir.
Sonda Azərbaycan xalqına Vətəninin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram olaraq başsağlığı ifadə edilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Orqanizm üçün ən faydalı içki hansıdır?
-
Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir
-
Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO
-
“Brent” nefti ucuzlaşdı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
-
Səhvən Kralın ölüm xəbərini yaydılar
-
Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq
-
Azərbaycanda yasda kütləvi zəhərlənmə - YENİLƏNİB
-
İtaliyadan Okan Buruka nəhəng müştəri var





