Bir neçə saat sonra Ermənistan sülh danışığına razılıq verə bilər?
"Vətən müharibəsinin başa çatdığının elan edildiyi 10 noyabr bəyanatının imzalanması tarixinə cəmi bir ay qaldı. Bəyanatın bəndləri Ermənistan tərəfdən yerinə yetirilmir, Qarabağdakı erməni separatçıları tərksilah olunmayıb, rusiyalı hərbçilərin Laçın dəhlizində qurduqları postlar müəammalı yüklərin, o cümlədən başqa ölkələrin vətəndaşlarının Qarabağa daxil olmalarına seyrçidir, Zəngəzur dəhlizinin açılması da yubanır".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Paşinyanın Kreml rəhbəri ilə görüşündən sonra Zəngəzur dəhlizinin açılması və sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar başlaya bilər:
"Hələ də atəşkəsin pozulması hallarına rast gəlinir. Rusiya yeni müharibə istəmir, ancaq münaqişənin tam həlli üçün separatçıların tərksilah olunması və Zəngəzur dəhlizinin açılması üçün İrəvana təzyiq etmir. Moskva Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü "altılıq formatına" (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) dəstək versə də, yeni regional formatın təsisi üçün fəal siyasət yürütmür.
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya dəvət edilib.
Aydındır ki, Paşinyan Putinə növbəti dəfə Azərbaycandan şikayət edəcək. Paşinyan əsirlərin (diversantların) geri qaytarılmasını, Ermənistan ərazilərinə "daxil olan" Azərbaycan sərhədçilərinin geri çəkilməsini və Qarabağın statusuyla bağlı Minsk Qrupu çərçivəsində danışıqların başlanılmasını istəyəcək. Vladimir Putin prosesə Minsk Qrupu həmsədrlərinin qatılmasına etiraz etməyəcək. Putin anlayır ki, rəsmi Bakı birmənalı şəkildə Qarabağın statusunu heç kimlə müzakirə etməyəcək. Buna baxmayaraq, Kreml Vaşinqton və Paris vasitəsilə Azərbaycana və Türkiyəyə təzyiqin artırılmasına tərəfdardır. Kreml sözdə Azərbaycan və Türkiyəni tərəfdaş adlandırsa da, hər iki dövlətin Cənubi Qafqazda hərbi mövqelərinin möhkəmlənməsini istəmir.
Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində vasitəçi olmağa hazırdır. Kreml bununla bağlı təfklilərini həm Bakıya, həm də İrəvana göndərib. Təkilifin mahiyyəti barədə məlumat yoxdur. Putin Paşinyanla görüşdə Ermənistanın baş nazirini həmin təkliflərə razı salmağa çalışacaq.
Rəsmi Bakı sərhədin müəyyənləşməsi məsələsində Moskvanın vasitəçiliyini qəbulu qarşılığında Zəngəzur dəhlizinin açılması məsələsində Kremldən tutarlı addımlar tələb edə bilər.
Münaqişənin bitməsinin bir ilində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması real deyil, çünki İrəvan hələ Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Buna baxmayaraq, iki məsələ - Zəngəzur dəhlizinin açılması və sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar başlaya bilər".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüş oktyabrın 12-də Moskvada keçiriləcək. Bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onu da əlavə edək ki, 2021-ci ildə Putin və Paşinyan arasında üç görüş keçirilib, onlar 1 ildə 10 dəfədən çox telefonla danışıblar.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir





