Zaman dəyişər, amma düşmən dəyişməz
"Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur, ancaq düşmənin xisləti dəyişmir".
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində səsləndirdiyi bu ifadə erməni cəmiyyətinin hələ də İkinci Qarabağ Müharibəsindən nəticə çıxarmadığını bir daha sübut edir. İşğalçı dövlətlər adətən tarixi ədalət bərpa olunduqdan sonra müəyyən nəticəyə gəlir, səhvləri götür-qoy edir.
Alman xalqı nəticə çıxardı, ermənilər yox
Götürək, İkinci Dünya Müharibəsində alman xalqını. Faşizm bəlasından qurtulquqdan sonra alman xalqı sürətlə biraxılan səhvlərdən nəticə çıxardı, qısa zaman kəsiyində tək Avropada deyil, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrildi. Bəs erməni cəmiyyəti? Görünən odur ki, erməni cəmiyyəti hələ də köhnə ampluadadır - revanşizmdən, müharibədədən, işğaldan azad edilən torpaqları geri qaytarmaqdan dəm vururlar. Ən iyrənc olan odur ki, prezidentin də vurğuladığı kimi, Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb.
"Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik", - Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.
İnkişaf və müvəffəqiyyət qonşularla mehriban münasibətdən keçir
Ermənistan xalqı anlamalıdır ki, inkişaf və müvəffəqiyyət qonşularla mehriban münasibətdən keçir. Başqasının torpaqlarına göz dikməkdə yox. Və Azərbaycan erməni təxribatının qarşısını almağa yönələn hərbi əməliyyatlara başlamaqla qarşısına yalnız bir hədəf qoymuşdu - tarixi ədalətin bərpası və 30 il işğal altında olan torpaqları azad etmək. Kimsənin torpaqlarına göz dikəmişik və işğala məruz qalan biz olmuşuq. Bu gün də prezidentin vurğuladığı kimi, "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı". Eyni zamanda əlavə edib ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır".
Erməni xalqı Prezidentin mesajlarından nəticə çıxarmalıdır - əks təqdirdə...
Bəli bu gün bu mesaj Ermənistanda revanşistlərlə yanaşı, onun havadarlarına qarşı yönəlmiş mesajdır. Anlamalıdırlar ki, belə bir qurum yoxdur və zibil qutusuna atılıb və heç kim də onun dirçəltməyə can atmasın. Əks təqdirdə, "dəmir yumruğu" növbəti dəfə öz başında hiss edəcək, Bu dəfə daha sərt və ağır formada. Artıq hər şey bitdi, cənablar. Ayılın və ətrafa baxın. Bu günün reallıqları ilə barışın. Bu reallıq isə mehriban qonşuluq, başqasının torpağına göz dikməməkdən keçir.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
XƏBƏR LENTİ
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür





