Ermənilər işğal müddətində mədəniyyətimizə, dinimizə qarşı da soyqırımı törədiblər - Deputat
Azərbaycan xalqı tarix boyu zaman-zaman ermənilərin soyqırımına məruz qalıb. Belə faciə və müsibətlər ötən əsrin 90-cı illərində Azərbaycan xalqının başına yenidən gətirildi. Onlar işğal etdikləri torpaqlarımızda bütün məktəbləri, mədəniyyət abidələrini, qəbiristanlıqları dağıdaraq yerlə-yeksan ediblər. Məscidlərimiz, tarixi abidələrimiz də dağıntıya məruz qaldı.
Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, eyni zamanda Ermənistan Xocalı kimi dəhşətli soyqırımı törətdi: "Ermənilər eyni soyqırımıları 1905-1918-ci illərdə də həyata keçirmişdilər. Biz Quba, Şamaxı, Bakı və digər bölgələrdə onların həyata keçirdikləri soyqırımları tarixdən yaxşı xatırlayırıq. Bu hadisələr zamanı minlərlə günahsız azərbaycanlı qətlə yetirildi.
Bu gün 4 minə qədər azərbaycanlının taleyi məlum deyil. Onların bir qismi qətlə yetirilib, bir qismi əsir götürülüb. Ermənistan bu günə qədər Azərbaycana bununla bağlı heç bir məlumat vermir. Beynəlxalq qurumlar da bu məsələyə heç bir ciddi reaksiya vermirlər".
C.Məmmədov qeyd edib ki, ermənilər mülki insanlara qarşı böyük amansızlıqlar sərgiləyib. Onlar təbiətə qarşı da ekoloji terror həyata keçiriblər. İşğal etdikləri ərazilərdə əksər meşə fondlarını məhv ediblər, ağacları qırıblar, hətta ağacların kötüklərini belə yandırıblar: "Ermənilər bu vəhşilikləri dini abidələrimizə, məscidlərimizə qarşı da törədiblər. Araşdırmalar sübut edir ki, işğaldan azad etdiyimiz ərazilərdə 67 məsciddən yalnız 3-ü salamat qalıb. Prezident İlham Əliyev bir çox mötəbər tədbirlərdə bu məsələyə xüsusi olaraq toxunub, erməni vəhşiliyinə dair müxtəlif faktlar səsləndirib, beynəlxalq qurumları bu vandallığa münasibət bildirməyə, qarşısını almağa çağırıb.
Təkcə Cəbrayılda 5 tarixi məscid tamamilə dağıdılaraq yerlə-yeksan edilib. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə alban kilsələrinin bir qismini saxtalaşdırılmış, bir qismi isə tamamilə dağıdılmışıdır. Nəinki alban kilsələrini, həmçinin Xocavənd rayonunda olan rus pravoslav kilsəsi də ermənilər tərəfindən tamamilə dağıdılmışdır.
Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi qorunub-saxlanılır. Ermənilərdən fərqli olaraq, biz bütün dini abidələrə - hansı dinə aid olmasından asılı olmayaraq, hörmətlə yanaşırıq, qoruyuruq. Budur Azərbaycan reallığı. Məhz bu siyasətə və yanaşmaya görə Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri sayılır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı





