Siyasət

“Sülh üçün səylər davam etdirilməlidir” - Kalınla Sallivan Qafqazdan danışdı

23 Sentyabr 2021 08:43
0 Şərh     Baxış: 647

ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın arasında Ağ Evdə görüş keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, koronavirus pandemiyası və qlobal iqlim dəyişiklikləri ilə yanaşı, Əfqanıstan, Suriya, İraq, Liviya, Kipr, Şərqi Aralıq dənizi, eləcə də, digər regional məsələlər müzakirə olunub.

Görüşdə Qafqazdakı son vəziyyət barədə danışılıb, regional sülh və sabitlik üçün çoxtərəfli səylərin davam etməsinin vacibliyi vurğulanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.