Şuşa yaxınlığında iki erməni vurulub - DETALLAR
İki gün əvvəl, sentyabrın 17-də Ermənistan mediası və sosial şəbəkələrdəki ermənilər, xüsusilə də ermənilərin Telegram kanalları "Rusiyanın sülhməramlı kontingentinin operativ-fəaliyyət nəzarətində olan ərazidə atışma olduğunu, atışma nəticəsində iki rusiyalı sülhməramlının yaralanması" barədə xəbərlər yaymışdılar.
Bu "məlumat" həmişə olduğu kimi, yalandır.
Gerçək fərqlidir.
Belə ki, Şuşa yaxınlığında qurduqları posta qalxmağa çalışan iki erməni silahlının cəhdlərinin qarşısı alınıb. Onlardan biri - sıravi, Ermənistan vətəndaşı Vruyr Vardanoviç Şaxramanyan gözündən, digəri isə ombasından yaralanıb.
V.Şaxramanyan maşında olarkən yaralanıb və onun həyatını başındakı dəbilqə xilas edib.
Yaralıların ikisi də İrəvandakı Murasan hərbi hospitalına aparılıb.
Yaralanmış ermənilərin ikisi də Azərbaycan ərazisində, Qarabağda olan qanunsuz hərbi birləşmələrin mənsublarıdır.
Ötən ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, bu şəxslər heç bir halda Azərbaycan ərazisində olmamalıdırlar.
Ermənistanın Müdafiə Nazirliyi bəyanatın şərtlərini kobud şəkildə pozaraq Laçın dəhlizi vasitəsilə Qarabağa hərbçilər yollamağa davam edir.
Həmin hərbçilər isə Azərbaycan sərhədini keçən kimi beynəlxalq hüququn norma və prinsiplərinə əsasən avtomatik olaraq diversant, potensial terrorçu hesab edilirlər.
Potensial terrorçularla davranışın formatı isə dünyanın sivil ölkələrində eynidir.
Ermənistan Azərbaycan ərazisindəki silahlı tör-tökünlərini tam çıxarmaq əvəzinə, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə hərbçilər göndərməyə davam edərsə, anlamalıdır ki, bu məxluqların hər biri potensial hərbi hədəfdir.
Bu azmış kimi, ermənilər həmin ərazilərdə mövqelər və postlar quraraq səngərlər, blindajlar qazırlarsa, Azərbaycan Ordusunun adekvat cavabına təəccüblənməməlidirlər.
Üçtərəfli bəyanat və beynəlxalq hüquq belə deyir.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı





