Siyasət

Siyavuş Novruzov da məhkəmə ilə hədələdi: “Cavab verəcəklər” - FOTO

16 Sentyabr 2021 21:26
0 Şərh     Baxış: 1 116

"Təəssüf hissi və hiddətlə bildirirəm ki, sosial şəbəkələrdəki bəzi səhifələrdə mənim adımdan həqiqətə uyğun olmayan - reallığı əks etdirməyən sözlər yayılır. İddia olunur ki, guya mən "benzin və çörək" barədə hər hansı ifadələr səsləndirmişəm.

Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm".

Bu sözləri millət vəkili Siyavuş Novruzov özünün sosial şəbəkə hesabında yazıb. Onun fikrinin davamı belədir:

"Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır. Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur.

Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm.

Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.