İdarələrarası mərkəzin şəhərsalma məsələləri üzrə işçi qrupunun onlayn iclası keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun növbəti onlayn iclası keçirilib.
Milli.Az bildirir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi toplantıda işğaldan azad edilmiş ərazilərin planlaşdırma sənədlərinin hazırlanması, regiondakı yaşayış məntəqələrinin yenidənqurması, zəruri infrastrukturun yaradılması və yerli əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, planlaşdırma sənədlərinin təyin olunmuş müddətdə hazırlanaraq başa çatdırılması üçün işğaldan azad olunmuş ərazilərdə müvafiq qurumlar tərəfindən hazırda görülən və planlaşdırılan işlərin əlaqələndirilməsi, məlumat mübadiləsi vacib məsələlərdəndir.
İclasda Ağdam şəhərinin Baş planına əsasən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr, o cümlədən digər şəhərlərin Baş planlarının hazırlanması istiqamətində müzakirələr aparılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə inteqrasiya olunmalı qurumlar üzrə hesabat təqdim edilib.
Onlayn toplantıda aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən mühəndis kommunikasiya və nəqliyyat infrastrukturu layihələri, digər sahələrdə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, məsələlərin birgə həlli yolları təhlil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq





