Siyasət

"3 ölkə arasında qardaşlıq və əməkdaşlıq daha da güclənəcək"

15 Sentyabr 2021 11:33
Baxış: 577

Azərbaycan və Pakistan arasında qardaşlıq və əməkdaşlıq daha da güclənəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani jurnalistlərə açıqlamasında deyib.

Muhammad Javed Ghani Azərbaycan xalqını Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edib: "Biz torpaqlarını işğal azad etdiyi üçün Azərbaycan xalqı və ordusu ilə fəxr edirik. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq. Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu qardaşlıq və əməkdaşlıq daha da güclənəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.