Siyasət

Ərdoğandan böyük müjdə: 1 trilyon dollar... - Bizi saxlaya bilməyəcəklər

24 Avqust 2021 22:44
10 Şərh     Baxış: 4 480

"Türkiyə Mərkəzi Bankımızın ehtiyyatları hazırda 109 milyard dollar səviyyəsindədir. Qarşıdakı günlərdə bu göstərici 115 milyard dolları keçəcək".

Milli.Az kanal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, son dövrlər məzənnədəki qeyri-müəyyənlik və xarici təzyiqlər ölkənin milli gəlirinin azalmasına səbəb olsa da ən qısa zamanda bu göstərici 1 trilyon dolları ötəcək. Ərdoğan bildirib ki, yerli avtomobillərin istehsal prosesi planlaşdırıldığı kimi davam edir və 2023-cü ildən etibarən bu avtomobillər hazır olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.