Siyasət

Bakını tanımaq olmur, çox inkişaf edib - Koreya Milli Assambleyasının sədri

19 Avqust 2021 12:52
Baxış: 780

Bu səkkiz il ərzində Bakı çox dəyişib, inkişaf edib. Canlı şahidiyəm ki, Bakını tanımaq olmur. Bakı çox inkişaf edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq avqustun 19-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Sədr bildirib:

"Cənab Prezident İlham Əliyev, çox sağ olun ki, dəyərli vaxtınızdan ayırdınız və bizi qəbul etdiniz. İlk növbədə, Koreya Respublikasının Prezidenti cənab Mun Ce-inin salamlarını Sizə çatdırmaq istəyirəm. Cənab Əliyev, mən çox yüksək qiymətləndirirəm ki, Sizin prezidentlik fəaliyyətiniz dövründə Azərbaycanda həm siyasi sabitlik hökm sürmüşdür, həm də Azərbaycan iqtisadi cəhətdən inkişaf etmişdir. Mən çox şadam ki, Sizi belə bir mühüm ildə ziyarət etdim. Çünki bu il sizin müstəqilliyinizin 30 ili tamam olur. Həmçinin növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Mən səkkiz il əvvəl Azərbaycana Milli Assambleyanın sədr müavini vəzifəsində gəlmişdim və Sizinlə görüşmüşdüm. Bu səkkiz il ərzində Bakı çox dəyişib, inkişaf edib. Canlı şahidiyəm ki, Bakını tanımaq olmur. Bakı çox inkişaf edib. Bizim əlaqələrimizin potensialı hazırkı inkişaf səviyyəsindən daha artıqdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.