Siyasət

Qarabağ üzrə üçtərəfli işçi qrupu yenidən işini davam etdirdi

17 Avqust 2021 20:49
0 Şərh     Baxış: 2 655

Bu gün Azərbaycan,  Ermənistan və Rusiya Federasiyası Baş nazirinin müavinlərinin birgə rəhbərliyi ilə Üçtərəfli İşçi Qrupunun iclası keçirilib.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun işini bərpa ediblər.

Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan Respublikası Prezidentinin Bəyannaməsi çərçivəsində görülən işlərin gedişatını müzakirə ediblər.

Qeyd edək ki, komissiyanın işinin dayanması sərhəddə gərginliyin artmasına səbəb olmuşdu.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.