Azərbaycan, Türkiyə və Pakistan gücünü birləşdirdi - ÖZƏL AÇIQLAMA
"Azərbaycanın 44 günlük müharibəsindən sonra ortaya yeni bir reallıq çıxıb. Bu reallıq, bölgədə önəmli əməkdaşlığa yol açıb".
Bunu Milli.Az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Keçmiş səfir bildirib ki, 44 günlük müharibə Türkiyə, Pakistan və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırdı:
"Bilirik ki, Vətən müharibəsi zamanı həm Türkiyə, həm Pakistan Azərbaycana lazım olam siyasi və diplomatik dəstəyi verdi. Bu dəstək müharibənin bitməsindən sonra da açıq şəkildə bu 3 ölkəni bir-birinə daha sıx yaxınlaşdırdı. Türkiyə ilə Azərbaycan onsuz da bir millət, iki dövlət anlayışı ilə əməkdaşlığını davam etdirirdi, amma bu münasibətlərə yeni bir oyunçu, yeni bir dövlət daxil olub - Pakistan. Pakistan bizim əsirlərə söykənən qardaş və dost bir ölkədir. İllərdir həm Türkiyəyə, həm də Azərbaycana dəstək nümayiş etdirib.

İki gün əvvəl imzalanan Bakı Bəyannaməsi tarixi bir sənəddir, tarixdə xüsusi yer tutacaq. Çünki bu sənədin tarixi olması, öncə üç ölkənin xalqlarının bir həmrəyliyidir. Bildiyiniz kimi parlamentlər xalqı təmsil edərlər. Xalqın seçdiyi nümayəndələr parlamentdə yer alarlar. İndi bu nöqteyi nəzərdən Bakı Bəyannaməsi xalqlar arasındakı qardaşlıq bağlarını göstərən bir sənəddir. Tarix ilk dəfə üç dövlət bir araya gəlir və belə bir sənədə imza atır.

44 günlük Vətən müharibəsindən sonra da üç ölkənin XİN rəhbərləri də İslamabadda görüşmüşdülər. O vaxt da Azərbaycan Milli Məclisinin sədri də (spiker) Pakistana rəsmi səfər etmişdi. Bunu təhlükəsizliyə qarşı Qafqazlarda yeni bir güc olaraq dəyərləndirmək lazımdır. Yəni, bu 3 ölkənin həmrəyliyindən əlavə əməkdaşlığına da şahidik. Bu Bəyannamədə sülhün, sabitliyin qorunması məsələsi prearitet təşkil edir. Bu sənəd qonşu ölkələrə qarşı olmadığı kimi, qonşu ölkələrlə əməkdaşlığın yolunu açmağa xidmət edir. Arzu edən qonşu ölkələrlə, bizimlə eyni şəkildə əməkdaşlıq etmək istəyənlərlə əməkdaşlığa hazırıq.
Bakı Bəyannaməsində çoxlu mesajlar var, müxtəlif sahələri əhatə edir. Hər üç ölkənin xalqının da bu Bəyannamədən razı qaldığını bilirik və gücümüzü birləşdiririk. "Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir" sloqanını burada görmək mümkündür".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Nikol Şerzinger ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb





