Ermənistan adlı bir dövlət olmayacaq
"Ermənistan atəşkəsi kobud şəkildə pozduqda biz Ermənistan haqqında elə düşünürük ki, Ermənistan bir dövlətdir və dövlət ənənələrinə uyğun olaraq müqavilələrə, şərtlərə, qoyulmuş qaydalara əməl etməsini gözləyirik".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, ermənilərin sərhəddəki təxribatlarına antiterror əməliyyatları ilə son qoya bilərik:
"Ermənistan dövlət olmağa çalışır. 200 il bizim torpaqlarımızda yerləşmələrinə baxmayaraq, hər hansı yolla havadarlarının dəstəyini hiss etmələrinə baxmayaraq hələ də dövlət ola bilməyib və bundan sonra da ola bilməyəcək. Ona görə, burada məsələ "Ermənistan Respublikasından" gedirsə, Ermənistanın hal və davranışlarına baxıb, bir analiz etsək görərik ki, burada heç bir dövlətçilik ənənələri yoxdur. Bu gün Ermənistan siyasətçilərinin sülh müqaviləsindən bəhs edib və bunu ardınca bizim sərhədlərimizin toxunulmazlığını pozmaları bir terrorizm ənənəsidir və biz bütün bu fəaliyyətləri antiterror əməliyyatları çərçivəsində qiymətləndirib, tez bir zamanda onlara yerlərini göstərməliyik.

Ermənistanın atəşkəsi pozması bölgədə irimiqyaslı toqquşmalara səbəb ola bilməz. Çünki Ermənistanın bu gün havadarları da təsdiqləyirlər ki, onların bu davranışları gözlənilən deyil və hətta müəyyən bir şəkildə Ermənistanın təhlükəsizliyi məsələsində onunda yanında olan bizim qonşu dövlətlər də buna bir ad verə bilmirlər. Ona görə də buna ancaq bizim diplomatiyamız və hüquqşünaslarımız beynəlxalq səviyyədə düzgün qiymət qazandırıb və analiz etdikdən sonra antiterror əməliyyatları ilə onların bu əməllərinin qarşısını ala bilərik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib





