Ermənistan da post-müharibə reallıqları ilə barışmalıdır
"23 iyulda Ermənistan silahlı qüvvələri yenə Kəlbəcəri atəşə tutub və nəticədə bir hərbçimiz şəhid olub. Bu təxribatların, illər ərzində yalan tarix uydurmağın, boş xəyallarla yaşamağın nəticəsi onlara 44 günlük müharibədə yaxşı izah edildi. Necə ki, torpaqlarımızı qanımız, canımız bahasına aldıq, indi də məhz o şəkildə ərazi bütövlüyünü müdafiə etməyə, eyni zamanda regionda sülh və təhlükəsizliyi təmin etməyə qadirik. Buna hüquqi, tarixi, iqtisadi, hərbi sahələrdə qadirik".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan yeni yaratmış olduğu reallıqlara uyğun olaraq öz işini görür:
"Təkcə, son altı ayın sosial-iqtisadi yekunları göstərir ki, dünyada cərəyan edən proseslərin nəticəsi olaraq dünya ölkələrinin böyük əksəriyyətinin iqtisadi tənəzzül yaşaması fonunda Azərbaycan iqtisadiyyatı 2 faiz artıb. Bütün bu reallıqlar fonunda Ermənistan reallığı anlamalıdır. Tarixdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub, ərazisi yox. İllər ərzində Azərbaycan xalqının maraqlarını rəhbər tutan Prezident İlham Əliyev bütün rəsmi və qeyri-rəsmi görüşlərdə, beynəlxalq kürsülərdən də bu münaqişəni məhz bu cür, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi dünyanın nəzərinə çatdırıb. O münaqişə də tarixə qovuşdu, status da yandı kül oldu, "Dağlıq Qarabağ" adlı ərazi vahidi də. İndi yalnız bir ərazi vahidi mövcuddur- o da Qarabağ! Lakin Şərqi Zəngəzur var! Qarabağ iqtisadi zonası mövcuddur! Gərək Ermənistan nə revanşist fikirlər irəli sürsün, nə də kiminsə fitnəsinə uysun. 25 min insan üçün status yaratmaq xəyalındansa getsinlər 1 milyonluq, ya da 500 minlik, 100 minlik erməni yaşayan yerlərə status versinlər. Azərbaycan yeni yaratmış olduğu reallıqlara uyğun olaraq öz işini görür. Baxmayaraq ki, müharibədən 8 ay keçib, ancaq bərpa və yenidənqurma işləri sürətlə gedir. Ermənistan da post-müharibə reallıqları ilə barışmalıdır. Azərbaycanın icazəsi olmadan oraya giriş-çıxış olmamalıdır, eləcə də xarici maşın ora girməməlidir. Bu kimi əməllər Ermənistana ancaq ziyan gətirər. Onlar ki, "Dəmir Yumruğun" dadına bələddirlər..."
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb - (Video)
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
XƏBƏR LENTİ
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası





