Prezident İlham Əliyev: Biz çox inamla irəliləyirik
Biz çox inamla irəliləyirik.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiyada Vladimir Putinlə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
"İkitərəfli gündəlik barədə Sizinlə tam razıyam ki, biz çox inamla irəliləyirik. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə.
Koronavirusa qarşı mübarizədə köməyə görə təşəkkür etmək istərdim. Biz Rusiyadan 200 min dozadan artıq "Sputnik V" vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq.
Sizə onu da bildirmək istərdim ki, bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı oldu. Bu, əlamətdar hadisədir. Zaman sürətlə keçir. Bizim iki filialda - MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır. Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı
-
Seyid Əli Xameneinin dəfn tarixi və yeri açıqlandı
-
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
-
"Döyüş meydanında ABŞ-yə qalib gəldik, müharibəni bitirməyin vaxtıdır"
-
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb
-
Hamı Bricitin yanındakı şəxsdən danışdı
XƏBƏR LENTİ
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
-
Bir gündə ABŞ-nin qəhrəmanına çevrilən Baloqanın maraqlı həyat hekayəsi
-
ABŞ ona viza vermədi
-
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO - VİDEO





