Siyasət

Ceyhun Bayramov Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı paylaşım edib

15 İyul 2021 12:24
Baxış: 588

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 15 iyul - Türkiyədə dövlət çevrilişinə cəhdin beşinci ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az bildirir ki, XİN başçısı "Twitter" hesabında etdiyi paylaşımda bildirib ki, 15 iyul - Türkiyədə sarsılmaz birliyin və güclü dayanışma ruhunun rəmzidir.

"Qardaş Türkiyədə sarsılmaz birliyin və güclü dayanışma ruhunun rəmzi olan 15 iyul! Vətən, millət, birlik uğrunda canından keçmiş bütün Şəhidlərə Allahdan rəhmət, Qazilərə cansağlığı arzulayırıq. Şəhidlər ölməz, Vətən bölünməz!", - deyə C. Bayramov qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.