Ermənistanda seçki saxtakarlığı siyasi xaosun və etirazların baş verəcəyini qaçılmaz edir - ŞƏRH
Ermənistanda çoxdan gözlənilən növbədənkənar parlament seçkiləri yekunlaşdı və baş nazir funksiyasını yerinə yetirən Paşinyan qalib gəldi. Lakin göründüyü kimi, seçkilərdə qanun pozuntuları, saxtakarlıqlar kifayət qədər çox oldu. Bu isə Ermənistanda siyasi xaosun və etirazların baş verəcəyini qaçılmaz edir.
Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, seçki günü 79 cinayət xarakterli pozuntu qeydə alındı, səslərin sayılması zamanı bir neçə vilayətdə işıqlar söndü. Hələ çoxlu sayda şikayət baxılmaqdadır və istisna deyil ki, saxtakarlıq halları kifayət qədər artacaq.
Politoloqun fikrincə, bu cür qanun pozuntuları və saxtakarlıqlarla müşahidə olunan seçkilərdən sonra Ermənistanda siyasi gərginliyin və böhranın dərinşləşəcəyi qaçılmazdır: "Artıq siyasi qüvvələr arasında gərginlik özünü göstərməkdə, qarşılıqlı ittihamlar artmaqdadır. Uduzduğunu qəbul etmək istəməyən "Ermənistan" blokunun rəhbəri, cani, korrupsioner, əli azərbaycanlıların qanına batmış Robert Koçaryan jurnalistlərə verdiyi müsahibədə səlahiyyətli nümayəndələri səsverməyə müdaxilədə, qanun pozuntularında günahlandırır. Çünki o bilir ki, hökumətin formalaşmasında oyundan kənarda qalacaq. Bu baxımdan, Koçaryanın bundan sonrakı mərhələdə gərginliyi artıracaq davranışları daha çox müşahidə olunacaq.
Bununla yanaşı, baxmayaraq ki, seçki baş tutdu, lakin bu, hələ də Ermənistanın tam müstəqilliyi demək deyil. Müstəqil xarici siyasət yürüdə bilməyən, müəyyən dairələrin diqtəsi ilə oturub-duran Ermənistanın havadarlarından siyasi, iqtisadi, hərbi asılılığı da davam edir.
Bütün bu amillər isə iğtişaşlara, ölkədə mövcud olan fikir ayrılığı və anarxiyaya səbəb olacaq ən mühüm amildir. Gözlənilən ssenaridir ki, müxalifət tərəfdarlarını etiraz üçün küçələrə səsləyəcək, iğtişaşlar olacaq, nəticə etibarilə vətəndaş müharibəsi ehtimalı daha da çoxalır. Bu isə Ermənistanın təkcə dövlət kimi yox, cəmiyyət olaraq da böhranından xəbər verir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)





