Siyasət

Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb

17 İyun 2021 17:42
Baxış: 470

Azərbaycanda 2020-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb.

Mərkəzi Seçki Komissiyasından Milli.Az-a verilən məlumata görə, indiyə qədər 49 siyasi partiya maliyyə hesabatlarını təqdim edib.

Qeyd edək ki, Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməli idilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.