Azərbaycan müharibədən sonra İLK İSTƏYİNƏ ÇATDI
Əvvəlcədən də məlum idi ki, postkonflikt mərhələsi 44 günlük savaşdan heç də gərginliyinə görə geri qalmayacaq. Hər şey isə tərəflərin vəziyyəti düzgün dəyərləndirib, məqamında verdikləri qərarlardan, atdıqları addımlardan, manevrlərdən asılıdır. Məhz ən az səhv edən tərəf də postkonflikt mərhələsindən qalib ayrılmaq imkanını əldə edə bilər.
İnformasiya savaşı və siyasi manevrlərin əhəmiyyətinin artdığı bu mərhələdəki məğlubiyyət müharibədə qazanılan qələbənin əhəmiyyətini itirmiş sayır. Lakin II Qarabağ müharibəsinin gedişində informasiya savaşının önündə gedən, dünyaya Qarabağ həqiqətlərini, Ermənistan hərbi-siyasi rəhbərliyinin cinayət əməllərini, qeyri-konstruktiv davranışlarını böyük məharətlə çatdıran, qətiyyəti, duruşu ilə dünyanın rəğbətini qazanan Prezident İlham Əliyev, postkonflikt dövründə də mübarizənin önündə gedən əsas simadır.

İki gün bundan qabaq Azərbaycan və Ermənistan nümayəndələri arasında tarixi görüş baş tutdu. Bakının İrəvana 15 erməni hərbçisini qaytarması qarşılığında Ermənistan tərəfi Azərbaycana Ağdam rayonunun bütün mina xəritələrini təqdim etdi. Erməni tərəfi 100 minə yaxın tank və piyada əleyhinə minanın yerini göstərən xəritələri təhvil verdi. Xəritələrin dürüstlüyünə isə ABŞ və Aİ yüksək səviyyədə zəmanət verdi. Qarabağda bərpa, quruculuq işlərinin başlanılmasına baxmayaraq işlərin sürətlə vüsət almasına maneçilik törədən minalı ərazilərin xəritəsinin olmaması amili Azərbaycanın planlarını ciddi şəkildə pozurdu. Heç şübhəsiz ki, torpaqların erməni işğalından azad edilməsindən sonra ən aktual məsələ kimi bu ərazilərin minalardan təmizlənməsi məsələsi rəsmi Bakının qarşısında problem kimi dururdu. Çünki mina xəritələrinin olmaması təkcə Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsi prosesini illərlə uzada bilərdi ki, bu da Azərbaycan büdcəsinə əlavə olaraq on milyonlarla manata başa gələcəkdi. Bununla paralel olaraq heç şübhəsiz ki, ölkəmizin yüzlərlə vətəndaşı həlak ola bilərdi. Təbii ki, bunun da nəticəsində bərpa işlərini sürətlə aparmaq və əhalinin bu torpaqlara qayıtmasını təmin etmək xeyli zaman itkisi ilə nəticələnəcəkdi ki, bu da düşmənin prosesləri xeyirlərinə çevirmək üçün bir imkana çevrilərdi. Amma Azərbaycanın Ermənistana belə bir şans, belə bir imkan vermək fikri yoxdur. Azərbaycan artıq Prezident İlham Əliyevin prinsipial mövqeyinin, mükəmməl diplomatik bacarığının bəhrəsini görür.

Prezident İlham Əliyev iyunun 12-də bir sıra dövlətlərin yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən söylədiyi "Biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq" fikirləri bir daha təsdiq edir ki, bütün proseslər dövlət başçısının şəxsi nəzarəti altındadır. Səfirlərlə görüşü zamanı Azərbaycan Prezidenti "Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir" açıqlaması isə postkonflikt dövründə xarici siyasətinin prioritet istiqamətini qəti şəkildə bəyan etmiş oldu. Elə bu açıqlamalardan saatlar sonra - axşam saatlarında erməni tərəfi 100 minə yaxın tank və piyada əleyhinə minanın yerini göstərən xəritələri Azərbaycana təhvil verdi.
İlk mina xəritəsinin Azərbaycana təhvil verlməsinə nail olmaqla beynəlxalq aləmin minalar mövzsusuna diqqətini artırmış olduq. Bundan sonra Ermənistan "bizdə minalanmış ərazilərin xəritələri yoxdur" yalanını təkrarlaya bilməyəcək. Bunun informasiya müharibəsində xeyrimizə işləyəcəyi şübhə doğurmur. Eyni zamanda mina xəritəsini təhvil vermək müqabilində 15 ermənini İrəvana qaytarılması az da olsa parlament seçkisi öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın reytinqini, ona olan inamı artırmağa kömək edəcək. Ancaq təbii ki, Ermənistan hərbi-siyasi rəhbərliyi bir xəritə ilə işini bitmiş saya bilməz, bütün xəritələr Azərbaycana təhvil verilməlidir. Əlimiz gücləndi, minalar məsələsində Ermənistana təzyiq nəticə verdi. Əgər əlimizdə olan bir qisim erməninin Ermənistana təhvil verilməsiylə seçki öncəsi Paşinyanın mövqeyi güclənəcəksə, qoy olsun. Bu, həm rəsmi Bakının planlarına uyğundur, həm də Paşinyanın. Hadisələrin gedişi göstərir ki, Ermənistanda artıq bu məsələdə yersiz inad göstərməyin əbəs olduğunu artıq anlayıblar.

Mina xəritələrinin verilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd etməsi, İHAM-in Azərbaycanın erməni terroristləri mühakimə haqqını tanıması Prezident İlham Əliyevin qətiyyətli iradəsinin, bu istiqamətdə atdığı məqsədyönlü addımların məntiqi nəticəsi, növbəti parlaq diplomatik qələbəsidir. Bu, on minlərlə vətəndaşımızın həyatını və sağlamlığını təhlükələrdən xilas edəcək, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməyə imkan verəcək.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi





