Makron demokratiya üçün təhlükəyə dönür - VİDEO
"Son günlər dünya mediasında böyük rezonans doğuran məsələ Makrona şillə vurulmasıdırsa, düşünürəm ki, bu hadisədən irəli gələrək atılan addımlar da bir o qədər müzakirə olunmalı və fransızsayağı "demokratiyanın" əsil mahiyyəti üzə çıxarılmalıdır".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Qərbin özündə olmayan dəyərləri başqalarından tələb etmələri çox maraq doğurur:
"Makrona şillə vuran vətəndaş Fransada 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sual olunmalıdır ki, "bu Makrona sui-qəsddir?" Xeyir. "Makronun həyatına təhlükə olubmu?" Bunun da cavabı birmənalı olaraq mənfidir. Bəs adi xuliqanlıq olan bu hadisəni niyə məhz "vəzifəli şəxsə hücum" kimi qiymətləndiriblər? Sanki cinayətkarmış kimi şəxsin evində polis tərəfindən axtarış aparılır və nəticədə xuliqanlıq etmiş şəxsə cərimə və ya yüngül cəza deyil, 120 günlük həbs cəzası veriblər. Suallarımıza cavabı isə Fransanın, ümumilikdə Qərbin "demokratiyasında" tapmaq olar.
Avropada məhkəmə azadlığı və insan hüquqları sahəsində fundamental problemlər mövcuddur. Belə ki, hakimiyyətə lazım olan zaman hakimiyyətin istədiyi qərarlar verilir. Selektiv yanaşma, qanunları şəxsi maraqların təmin edilməsi istiqamətində manipulyasiya edirlər. Fransada ifadə azadlığı məhduddur, ümumiyyətlə, Qərb ölkələrində korrupsiya, insan hüquqlarının pozulması tendensiyası son zamanlar daha geniş vüsət almağa başlayıb. Elə təkcə Culian Assanjın jurnalist fəaliyyətinə görə həbsxanada saxlanılması nümunəsi kifayətdir ki, qərbsayağı demokratiyanın əsil mahiyyəti aydın olsun. Bu məsələni Prezident İlham Əliyev Vətən müharibəsi zamanı BBC telekanalına verdiyi müsahibəsində də işıqlandırmış, haqlı olaraq güzgünü Qərbin öz üzünə çevirib, özlərini görməli olduğu məsələsini bildirmiş və bu da dünya mediasında ən çox baxış toplayan bir müsahibə və haqlı irad olaraq tarixə düşdü. Belə olan məqamda təbii ki, Fransanın ya Qərbin özündə olmayan dəyərləri başqalarından, Azərbaycandan tələb etmələri də olduqca maraq doğurur.
Azərbaycanda insan hüquqları qorunur, korrupsiyaya qarşı mübarizə tədbirləri hər il daha da geniş vüsət alaraq gücləndirilir, Azərbaycan tolerant və multikultural dəyərlərə malik cəmiyyət kimi inkişaf edir. Etnik azlıqlara, siyasi fikir ayrılığına görə insanlara hörmət edilir.
Açıqlamasında "Aksiyalarda və çıxışlarda şiddət və nifrət olmamalıdır" deyən Makron bir sualı cavablandırmalıdır ki, o zaman demokratiyaya bu qədər kin və nifrət hardan doğur ki, adi xuliqanlıq olan bu hadisə "vəzifəli şəxsə hücum" kimi qiymətləndirilir və şəxs 4 ay müddətinə azadlıqdan məhrum edilir? Belə olan halda Makron özü demokratiyanı təhdid edir..."
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)





