Qarabağ məsələsində Rusiya və ABŞ razılaşa bilər - Amerikalı ekspert Milli.Az-a danışdı
"Prezident Bayden administrasiyasının daha çox Moskva ilə yaxınlaşmaq istəyi, xüsusən enerji ilə əlaqəli geosiyasi mövqeyinə marağı ilə xarakterizə olunur".
Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman ABŞ və Rusiya prezidentlərinin iyunun 26-da nəzərdə tutulan görüşünü şərh edərkən deyib.

Amerikalı siyasi ekspert bildirib ki, Bayden Qarabağla bağlı Ermənistanın mövqeyini müdafiə edərsə, bu, Azərbaycanın Avropa ilə əlaqəli enerji təhlükəsizliyi sahəsindəki rolunu azaldacaq:
"Müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə əlaqəli bəzi Rusiya rəsmilərinə qarşı sanksiyaları ləğv edilərkən, Bayden administrasiyasının Azərbaycanın Rusiyanın təbii qazını Avropa Birliyi ölkələrinə çıxaracaq yeni marşrut kimi nəzərdə tutulan "Şimal axını-2" ("NordStream 2") layihəsinə problemlər yaratmağa çalışır. Bu, Administrasiyanın Bakı ilə münasibətləri üçün yaxşı heç nə vəd etmir, ən azından qismən bu nöqtəyə qədər Azərbaycanın Avropanın Rusiya enerjisindən asılı qalmamasında kömək etdiyi bir həqiqət var idi. Rusiya isə Qarabağdakı rolunu sülhməramlı kontingenti vasitəsi ilə daha artığına, oradakı imkanlarını və heyətini daha çox genişləndirməkdə açıq maraq göstərir. Mühəndislik işləri ilə məşğul olduqlarını iddia edən, lakin bu imkanlardan daha çox sui-sistifadə edərək son zamanlar tez-tez təxribatlar törədən ermənilərin bu hərəkətləri ortaya çoxlu suallar çıxarır.
Əgər Bayden Rusiyanın birdən davranışını dəyişdirəcəyini, maraqlarından imtina edəcəyini və Ermənistan-Azərbaycan sərhədlərində daha qırğın hadisələrin qarşısını almaq üçün konstruktiv bir oyunçu olacağına ümid edirsə, bu sadəlövh düşüncədən başqa bir şey deyil. Moskva ABŞ-dan güzəşt olmadan belə bir şey etməyəcək. Baydenin bölgəyə olan marağından sonra Kremlin Bakının çoxsaylı istəklərini rədd etməyinin ardınca geri addım atması və ya ərazidəki hərəkətlərini dəyişdirməyə razılıq verməsi aydın deyil.

Digər tərəfdən, Bayden Kremldən başqa bir güzəşt və ya enerji məsələlərində daha da rəsmi əməkdaşlıq barədə razılıq gözləyə bilər. Bu görüşün Bayden ilə ikitərəfli gözləntilərin parametrlərini təyin edəcəyini nəzərə alsaq, bəlkə də Putinin Cənubi Qafqazda ABŞ-a meydan açacağı inandırıcı görünə bilər. Amma Adminstrasiya əvvəllər Gürcüstandakı siyasi vəziyyətlə bağlı da narahatlıqlarını dilə gətirmişdi, lakin Rusiyanın buradakı rolunu davam etdirməsinin qarşısını almaq üçün heç bir şey etməmişdi.
Rusiya Ukrayna sərhədindəki təxribatlara görə bəzi səlahiyyətlilərə sanksiya tətbiq etdi, eyni zamanda Ukraynanın təhlükəsizliyi ilə bağlı ritorikasını geri çəkdi. Çox güman ki, müzakirə az dəyişikliklə böyük ölçüdə simvolik olacaq, bu görüşdən Rusiyanın istər Qarabağda, istərsə də başqa bir münaqişə ocaqlarında əhəmiyyətli bir siyasi qələbə ilə çıxacağını gözləmək olar. Bayden Qarabağla bağlı Ermənistanın mövqeyini müdafiə edərsə, bu, Azərbaycanın ABŞ ilə müttəfiqliyinin Avropa ilə əlaqəli enerji təhlükəsizliyi sahəsindəki rolunun azalmasına və əməkdaşlıq üçün başqa yollar axtarmağına səbəb olacaq. Bu, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin potensial qarantı olaraq Türkiyəyə daha yaxınlaşması deməkdir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)





