"Rusiya və Qərb ölkələrində milli-irqi seçkilik, dözümsüzlük baş alıb getməkdədir"
Rusiya hüquq mühafizə orqanlarında insanları milli mənsubiyyətinə görə təqibetmə, aşağılama halları çoxalıb. Hətta müsəlmanlara ikinci dərəcəli şəxslər kimi baxmağa başlayıblar. Problem ondadır ki, bu ölkənin mediası da belə məsələlərə haqq qazandırır və təbliğ edir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Novosibirskdə Vəkil Abdullayevin başına güllə vuran polis əməkdaşının həbsdən buraxılması, azərbaycanlıların isə həbsdə saxlanması Rusiyada baş qaldırmış ayrı-seçkiliyin göstəricisidir:
"Polis əməkdaşının silahsız mülkü şəxsə qarşı zor və silah işlətməsinin özü cinayətdir. Bu hadisə azərbaycanlılara qarşı ünvanlanmış məsələ olduğunu düşünürəm. Hesab edirəm ki, məsələyə Rusiya rəhbərliyi müdaxilə etməli, obyektiv araşdırmaya tapşırıq verməli və cinayətkar polis əməkdaşı haqqında qanuna müvafiq göstəriş olmalıdır.
Korrupsiya halları, insan haqlarının pozulması, milli-irqi seçkilik, dözümsüzlük Qərb ölkələrində baş alıb getməkdədir. Qərb ölkələrində müsəlman miqrantlara qarşı çağırışlar edilməsi, faşizm meyllərinin artması və müsəlman məscidlərinin təhqir edilməsi halları çoxalmaqdadır. O cümlədən aksiya keçirən insanlara qarşı zor işlədilməsi, döyülməsi və təhqir edilməsi halları Qərb ölkələrində adiləşib. Belə olan halda özlərində olmayanı Azərbaycandan tələb etmələri də çox maraqlı görünür.
Təbii ki, bunun Azərbaycanın güclənməsi, qalib olması, öz ərazi bütövlüyünün təmin edilməsi ilə birbaşa bağlı olduğunu hesab edirəm. Bunlar müxtəlif üsullarla Azərbaycana qarşı təzyiq göstərməyə və ölkəmizdəki sabitliyi pozmağa çalışırlar. Amma düşünmürlər ki, belə ucuz kampaniyalarla ölkəmizdə siyasi sabitliyi pozmaq, milli birliyə kölgə salmaq mümkün deyil".
A.Badamov qeyd edib ki, Azərbaycan son 17 ildə böyük inkişaf yolu keçib: "Bu inkişaf təkcə iqtisadiyyatla bağlı deyil. Bu, həm də ölkəmizdə təmin olunan insan hüquqları, korrupsiyaya qarşı mübarizənin güclənməsi, tolerant və multikultural cəmiyyətin inkişafını da özündə əks etdirir. Biz artıq bəzi Qərb ölkələrinin ədalətsiz münasibətinə öyrəşmişik və onlara da ədalətli olduğumuzu sübut edərək fakt qarşısında qoyuruq. Biz bu ədalətsiz dünyada özümüzün ədalətli olduğumuzu və haqqımızın heç kimə tapdalanmağına imkan verməyəcəyimizi sübut etmişik və bundan sonra da davam edəcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb - (Video)
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
XƏBƏR LENTİ
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)





