Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku parlament seçkiləri ərəfəsində keçirilən rəy sorğusunda liderlik edir.
Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə "MPG" sorğu mərkəzinin hesabatında qeyd olunub.
Paşinyanın blokunu respondentlərin 22,9, sabiq prezident Robert Koçaryanın "Ermənistan" blokunu isə 17,5% -i dəstəkləyib. "Çiçəklənən Ermənistan" partiyasına rəyi soruşulanların 3,8 %-i səs verməyə hazır olduqlarını bildirib.
Paytaxt İrəvan və bir sıra əyalət şəhərlərində "Ermənistan" blokunu, kəndlərdə isə əksəriyyət "Mənim adımım" blokunu dəstəkləyir.
Xatırladaq ki, Ermənistanda erkən parlamet seçkiləri iyunun 20-də keçiriləcək. Ekspertlərə görə, Paşinyanın seçkilərdə əsas rəqiblərindən biri "Daşnaksutyun" və "Dirçələn Ermənistan" partiyalar blokuna rəhbərlik edən Robert Koçaryan olacaq.
Milli.Az