Siyasət

Ceyhun Bayramov xanım Gada Vali ilə görüşdü - FOTO

26 May 2021 17:14
Baxış: 501

26 may 2021 ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Vyana bölməsinin Baş direktoru və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin İcraçı direktoru xanım Gada Vali arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMTNCİ arasındakı əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər narkotiklərin qeyri-qanuni dövriyyəsi, korrupsiya və digər transmilli cinayətkarlıq növlərinə qarşı mübarizə üzrə meydana çıxan çətinliklər barədə müzakirə aparıb və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı razılıq əldə edib.

Görüş zamanı, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının uğurlu modeli olan ASAN Xidmət və DOST Mərkəzləri barədə fikir mübadiləsi aparılıb və bu müsbət təcrübənin bölüşdürülməsinin əhəmiyyəti vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.