"Ermənistan dövlətinin gələcəyi ilə bağlı bu gün kifayət qədər mürəkkəb vəziyyətin formalaşdığının şahidi oluruq".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, Ermənistan üçün çıxış yolu yalnız regional iqtisadi layihələrdə iştirakdan keçir:
"Əgər regional iqtisadi inteqrasiya başverməzsə və Ermənistan həmən proseslərə meyl göstərmədən konstruktiv mövqe sərgiləyərək bölgədə gözlənilən regional iqtisadi proseslərin intensiv şəkildə inkişafına təşəbbüs göstərməzsə, bu ölkənin bütövlükdə sosial, iqtisadi inkişaf tempinin əldə olunması mümkün olmayacaq. Çünkü Ermənistanın özünü təmin edəcək səviyyədə nə iqtisadi, nə sosial, nə humanitar, nə isyasi, nə hərbi potensialı yoxdur və bu dövlət üçün çıxış yolu yalnız regional iqtisadi layihələrdə iştirak etməkdən keçir. Ona görə də hesab edirəm ki, Ermənistanda parlament seçkilərinin nəticələrindən asılı olmayaraq, hətta ən revanşist, ən radikal anti-Azərbaycan mövqeyindən çıxış edən siyasi qüvvələr Ermənistanda seçkidə qalib gələrsə belə, Ermənistanın bir alternativi yoxdur. Yəni, bu ölkə iqtisadi inteqrasiyaya getməlidir. Çünkü bu ölkənin bazarları çox məhduddur, əmək resurursları ölkədən kəskin şəkildə qaçmaqdadır. Bugün Rusiyadakı ermənilərin sayı demək olar ki, Ermənistandakından çoxdur. Çünkü hələ biz bura qeyri-rəsmi ekspert göstəricilərini də aid etsək, əminliklə deyə bilərik ki, Rusiyada yaşayan ermənilərin sayı və bütövlükdə ölkə xaricində olan ermənilərin sayı Ermənistandakından çoxdur və işgüzar təbəqələr o ölkədən uzaqlaşmağa çalışır.
Faktiki olaraq son 30 il müddətində Ermənistanın xülyalara söykənən, heç bir əsası olmayan bu ölkə üçün məğlubiyyət ideologiyası demək olar ki, Ermənistan dövlətini uçurumun astanasına gətirib çıxarıb. Ona görə də hesab edirəm ki, parlament seçkilərinin nəticələri Ermənistanın özü üçün əhəmiyyət kəsb edir. Çünkü konstruktiv mövqe sərgiləməyən qüvvələr hakimiyyətə gələrsə, bu, Ermənistan dövlətinin uçuruma getməsi deməkdir. Bunun Azərbaycana hansısa təsirini gözləmək olmaz, çünkü istənilən halda Ermənistanın Azərbaycan a qarşı, bütövlükdə regional iqtisadi layihələrə qarşı hansısa bir ciddi şəkildə müqavimət göstərməsi demək olar ki, qeyri-mümkündür".
Təhməz Əsədov
Milli.Az