Siyasət

Xankəndidə bəhai abidəsi qoyulub: ermənilər çaşqındır - FOTO

22 May 2021 22:11
Baxış: 6 226

Xankəndidəki mərkəzi parkda qəribə abidənin açılışına hazırlıq görülür.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, abidə çərçivədə olan doqquzguşəli ulduzdan ibarətdir.

Postamentdə müsəlmanların "Xəmsə" və ya "Fatimənin əli", yəhudilərin "Məryəmin əli", buddistlərin isə "Thamra çakra rudra" adlandırdıqları ovucda göz olan əl işarəsi var.

Bu əl Qədim Babilistanda "İştarın əli" kimi tanınırdı.

Ermənilər Xankəndidəki bu abidəni mərkəzi İsrailin Xayfa şəhərində olan bəhaizmin tərəfdarlarının təşəbbüsü sayırlar.

Çaşqın ermənilər abidənin mənasını və simvolizmini anlamaqda çətinlik çəkirlər

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.