Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO

9 May 2021 10:05
Baxış: 923

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Milli.Az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.