Türkiyədən MÜHÜM QƏRAR - Milyonlarla dollarını geri almaq istəyir - ÖZƏL AÇIQLAMA
"Türkiyənin ABŞ-dan F-35 Lightning II qırıcı-bombardmançı təyyarələrinin alınmasını iki ölkə arasında yaxınlaşma kimi qəbul edilməməlidir".
Bunu Milli.Az-a açıqlamasında türkiyəli məşhur hərbi-siyasi eksperti Ceyhun Bozkurt deyib.
Ekspert bildirib ki, F-35 təyyarələrinin alışı Türkiyə üçün artıq bitib:
"Türkiyə F-35 proqramının 9 istehsalçı ölkəsindən biri idi və ABŞ-ın qanunsuz hərəkəti nəticəsində proqramdan kənarlaşdırıldı. Türkiyənin pulunu ödədiyi 8 təyyarə Türkiyəyə gətirilmədi. Bu hadisə qanunsuz bir vəziyyət yaratdı. Müdafiə Sənayesi Başçısı İsmail Dəmirin Türkiyənin ABŞ-dan F-35 Lightning II qırıcı-bombardmançı təyyarələrinin alınması ilə bağlı dialoqlarının başlaması barədə etdiyi açıqlaması Türkiyənin bu ədalətsiz mühitdə hüquqlarını itirməmək üçün atılan bir addım olduğuna işarədir. Başqa sözlə, Türkiyə qəsb edilmiş hüquqlarını bərpa etmək üçün ABŞ-la bir masa arxasıında oturacaq. ABŞ da etdiyi hərəkətin doğru olmadığını bilir. Çünki proqram çərçivəsində bir tərəfdaş digərinə "səni proqramdan çıxardım" deyə bilməz.

Türkiyə qanuni bir şəkildə hüquqları qorumaq üçün yaradılan dialoq kanalına daxil olacaq. Onsuz da F-35 alışı Türkiyə üçün artıq bitib. Bundan sonra Türkiyə bütün gücünü öz təyyarəsini hazırlamağa sərf edəcək.
Türkiyənin Co Bayden hakimiyyətinə münasibəti də çox açıqdır. Bu mövzuda Türkiyə tarixi həqiqətlərin saxtalaşdırılacağı heç bir dialoqa girmir. Həm də bu məsələ qanuni bir məsələdir. "Soyqırımı" qanuni bir termindir. Yəhudi soyqırımı və Xocalı soyqırımı kimi həqiqi mənada soyqırımlar olsa da, ermənilərə qarşı tərəfimizdən heç bir soyqrımdan söhbət gedə bilməz, faktlar göz qabağındadır. Tarixin heç bir dövründə türklər heç vaxt soyqırım törətməyiblər.
"S-400" məsələsində də Türkiyə geri addım atmaq haqqda düşünmür. Bu iş də bitdi. Türkiyə öz yüksək yüksəkmənzilli hava hücumundan müdafiə sistemini hazırlayana qədər hava müdafiə sistemi "S-400" olacaqdır. Türkiyə, Qərb müttəfiqlərinə onlardan hava hücumundan müdafiə sistemi almaq üçün bir neçə dəfə müraciət edib. Lakin qarşılıqlı şərtlər uyğun gəlmədi. Bu səbəbdən də ABŞ-dan "Patriot"un alışı dayandırıldı. Onlar onsuz da buna çox maraqlı deyildilər.

Türkiyə artıq var gücü ilə SİPER adlı milli uzaqmənzilli hava hücumundan müdafiə sistemini hazırlamağa köklənib. İsmail Dəmir 20 km hündürlüklə əvvəl 100 km məsafəyə qədər hədəfi vurmaq imkanı olacaq hava müdafiə sisteminin hazırlıqlarının getdiyini açıqladı. SİPER-in tam olaraq 2023-cü ildə istifadəyə veriləcəyi deyilir".
Xatırladaq ki, Türkiyə F-35 proqramı çərçivəsində 8 təyyarə üçün ABŞ-a 1.25 milyard dollar pul verib.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
XƏBƏR LENTİ
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı
-
Nəcəf hava limanı İran reyslərini dayandırdı
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Fan Forumda Formula 1 coşqusu: Azarkeşlər pilotlarla görüşdü - (Foto)
-
Putin Britaniyadakı səfiri vəzifəsindən azad etdi
-
"Formula-2": Azərbaycan Qran-prisində birinci əsas yarış başladı
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək





