Siyasət

"Xankəndindəki paradla münasibətləri gərginləşdirmək istəyirlər"

8 May 2021 14:59
Baxış: 1 825

"Faşist əlaltısı Qaregin Njdenin Azərbaycan ərazisində abidəsinin qalması yolverilməzdir. Bununla bağlı heç bir fikir ayrılığı, ikili yanaşma ola biləz". 

Bunu Milli.Az-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda Xankəndində nəzərdə tutulan paradla bağlı qabardıb, şişirdib və reallıqdan kənar fikirləri səsləndirən, Qərbin tapşırılqarı ilə uzun müddət ərzində Azərbaycanda sabitliyi, əminamanlığı, inkişafı pozmaq istəyən qüvvələr var:

"Ümid edirəm ki, Rusiya sülhməramlıları lazım olan təzyiqi göstərək bu abidənin sökülməsini reallaşdıracaq. Ona görə də bu məsələdə Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə sıx şəkildə işləməsinə ehtiyac var ki, bu məsələ öz həllini tapmış olsun. 

Bölgədən kənar qüvvələr Rusiya sülhməramllarının Xankəndində planlaşdırdıqları paradla bağlı dağıdıcı mövqelərini sərgiləyirlər və təəssüf ki, Azərbaycanda da müəyyən qüvvələr bu məsələdə təsir altında öz destruktiv yanaşmasını göstərirlər. Ölkələrimiz arasında münasibətlərin pozulmasına istiqamətlənmiş səylər nümayiş etdirirlər ki, bu da Azərbaycanın nə dövlətçiliyinə, nə milli maraqlarına uyğundur. Rusiya sülhməramlılarının Xankəndində təntənəli sıra düzülüşü keçirməyə hazırlaşması 9 May Qələbə günü ilə bağlıdır. Qələbə günü ümumi sovet xalqının bayramı kimi qeyd olunub və bugün də bir çox postsovet respublikalarında, o cümlədən Azərbaycanda Qələbə günü rəsmi şəkildə dövlət tərəfindən bayram kimi qeyd edilir. Əlamətdar günlə bağlı keçirilən hər hansı bir hərbi parad düşünürəm ki, heç bir postsovet respublikasının milli maraqlarına, dövlətçiliyinə zidd deyil və ola da bilməz. Çünki bu, bizim dövlətlər olaraq ümumi bayramımızdır. Bunun Azərbaycana qarşı hansısa bir addım kimi dəyərləndirilməsi ölkədən kənar qüvvələrin, ilk növbədə Qərb dairələrinin uydurmasıdır ki, bu yolla Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinə çalışırlar.

Digər tərəfdən, bölgədəki yeni reallıqlar çərçivəsində mümkün inteqrasiya proseslərinin qarşısını almağa çalışırlar. Təəssüf ki, Azərbaycanda da mövcud olan dağıdıcı qüvvələr, özünü müxalifət adlandıran, əslində Qərbin tapşırılqarı ilə uzun müddət ərzində Azərbaycanda sabitliyi, əminamanlığı, inkişafı pozmaq istəyən qüvvələr var ki, onlar bu prosesi qabardıb, şişirdib və reallıqdan kənar fikirləri səsləndirərək cəmiyyətə müraciətlər edərək, əslində Azərbaycanın nə dövlətçiliyinə, nə milli maraqlarına uyğun hərəkət etmirlər. Ona görə də hesab edirəm ki, paradın keçirilməsinin Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli maraqlarına heç bir mənfi təsiri ola bilməz, yoxdur. Bu, sadəcə olaraq Rusiya ordusunun hissələrinin, konkret desək sülhməramlılarının Azərbaycanda da qeyd olunan dövlət bayramının qeyd edilməsidir ki, burada heç bir problem görmürəm".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə yaydığı məlumatda qeyd olunur ki, Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.

Təhməz Əsədov

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.