Siyasət

Qaribaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək - Səfir

5 May 2021 12:21
Baxış: 511

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə yeni təkan verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

O bildirib ki, səfər çərçivəsində xüsusilə ticari-iqtisadi və mədəni-humanitar münasibətlər müzakirə olunacaq:

"Əminəm ki, bu səfər iki ölkə arasında münasibətlərə yeni təkan verəcək. Səfər çərçivəsində həm siyasi, həm də ticari-iqtisadi sahələrdə bütün məsələlər müzakirə olunacaq".

Səfir əlavə edib ki, yaxın zamanlarda Gürcüstan-Azərbaycan ticari-iqtisadi komissiyasının iclası keçiriləcək. İclasın tarixi baş nazirin səfəri zamanı dəqiqləşdiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.