"Ermənilər Xankəndində Azərbaycan vətəndaşı kimi yaşaya bilər" - Hulusi Kılıç - ÖZƏL
"Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran Azərbaycan torpaqlarıdır, bundan əvvəl də bu belə idi. Orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Bu, əvvəllər də belə idi, indi də belə olmalıdır".
Bunu Milli.Az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
O bildirib ki, Rusiya üçtərəfli bəyanata görə üzərinə düşəni etməlidir:
"Əgər o ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını istəmirlərsə, zəngin bir Azərbaycanda yaşamaq yerinə gedib kasıb Ermənistanın vətəndaşlığını seçsinlər. Dolayısı ilə orada keçmişdə sülh içində birlikdə yayanılıb. Prezident İlham Əliyevin də bu barədə çıxışı var ki, "Bizim xalqla düşmənliyimiz yoxdur, yenə bir yerdə yaşayarıq" deyib. Amma terror fəaliyyətinə heç bir zaman imkan verilməz. Arzu edərlərsə, orada azərbaycanlılarla Azərbaycanın vətəndaşı kimi birgə yaşayarlar. Amma hər şeyin qaydası var, qaydalara əməl etmək məcburiyyətindədirlər. Önümüzdəki müddətdə Azərbaycan və Türkiyə bu məsələlərə nəzarət edəcək. Rusiya höküməti də üzərinə düşəni etməlidir. Bölgədə qalıcı sülhün, əminamanlığın olmasını arzu edirik. Çox arzulayırıq, çünki bölgədə sülh olarsa, inkişaf da olacaq.
Torpağımızda gözü olandan qonşu olmaz
Qarşımızda altılıq bir əməkdaşlıq platforması var. O platformaya da Ermənistanın cavab verməyi, reallıqla barışması lazımdır. Və beləcə, orada gəlib yaşamayacaq bir diasporadan da əl çəkməsi lazımdır. Yəni Ermənistanın bizim mehriban qonşumuz olması lazımdır. Bizim torpağımızda gözü olan qonşu olmaz, düşmən olar. Ona görə, tez bir zamanda erməni səlahiyyətlilərinin ağıllarını başlarına yığmalarını gözləyirik.
Bu əl erməni xalqına çörək verir
Ağıllarını başlarına yığsınlar. Biz sülh əlimizi uzatdıq, bu əli sıxsınlar, bu əl erməni xalqına çörək verir. Kin, nifrət, düşmənçiliklə bu iş olmaz. Bizimlə dürüst münasibət qurmaq istəyirlərsə, Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Türkiyəyə qarşı qondarma "soyqrımı" iddiaları, torpaq tələbləri - belə olmaz. Bu məsələlər üçün arada illər itdi. Tez bir zamanda sülhün bərqərar olmasını istəyirik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)





