Ermənistanda Köçəryana nifrət onun hazırkı reytinqindən qat-qat çoxdur - ŞƏRH
"Ermənistanda parlament seçkiləri qabağı kompaniya başlayıb və ermənilərin fantastika janrına olduqca böyük rəğbət bəslədiyini və inandığını nəzərə alsaq, belə açıqlamalar hələ çox olacaq".
Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov Ermənistanın eks-prezidenti Robert Köçaryanın "Danışıqlar prosesində mövqeyimizi möhkəmləndirsək, nəticədə bütün əsirləri, Şuşanı və Hadrutu geri qaytara, regionun ən güclü dövlətinə çevrilə bilərik" açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, bütün sorğular da göstərir ki, parlament seçkilərində Paşinyanın göstəriciləri digərlərindən qat-qat çoxdur:
"Köçəryan bu açıqlamanı seçkilərdə qalib gəlmək üçün edib. Paşinyan populist siyasətçidir və onun rəqibləri görəndə ki, onun Ermənistanda populizmə daha çox inanırlar, populist siyasətçi uğur qazanır, onlar da başlayırlar belə bəyanatlar verməyə.
Müşahidələrimizə baxsaq görərik ki, müharibə bitdi, Paşinyan müharibəni uduzdu. Bütün müxalifət - Köçəryan, Sarkisyan, Manukyan, hətta katolikos, prezident, generallar, yəni ölkədə bütün siyasi və hərbi spektrda olan və az-çox tanınan adamlar hamısı Paşinyanın istefasını tələb edirdilər. Bu aksiyalara maksimum 7-8 min nəfər adam çıxarda bilirdilər. Paşinyan isə iki mitinq keçirdi, hərəsində 15-20 min nəfər insan toplaşdı. Bütün sorğular da göstərir ki, Paşinyanın göstəriciləri digərlərindən qat-qat çoxdur.

Robert Köçəryan Rusiya televiziyasına çıxır, öz nəzarətində olan media qurumlarına müsahibələr verir, amma bir dəfə də olsun onun Ermənistan vətəndaşları ilə görüşünü görməmişik. Və yaxud da görməmişik ki, o, hansısa bir aksiya keçirtsin, orada çıxış etsin, yaxud müxalifətin dekabr, yanvar, fevral aylarında keçirtdiyi az-çox kütləvi aksiyalarda çıxıb Ermənistan vətəndaşları ilə ünsüyyətə girsin. Çünki Köçəryana, Serj Sarkisyana nifrət onların hazırki reytinqindən qat-qat çoxdur. Bunu bütün sosialoji sorğular göstərir ki, onun dövründə olan özbaşınalıq, rüşvətxorluq, vətəndaşların zorakılığa məruz qalması, qətlə yetirilməsi hamının yaddaşındadır. Ona görə, onun uğur qazanmasının maksimumu deyərdim ki, parlamentdə təmsil olunma şansı ola bilər. O da təxminən 5-6%-i toplasa və Paşinyan seçkiyə qədər güclü səhv buraxmasa Köçəryanın hakimiyyətə gəlməyə heç bir şansı yoxdur. Ancaq ola bilsin 5%-lik barieli keçib, parlamentə daxil ola bilsin".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib





