“Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağdakı böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər
Fransanın "Le Monde" nəşrində Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa işləri, Qarabağda müharibə bitdikdən sonra Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, məqalədə Azərbaycanla Ermənistan arasındakı müharibənin rəsmi Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə soyuqluq yaratdığı bildirilir. Qeyd olunur ki, müharibə zaman Türkiyə Azərbaycana böyük dəstək verdi, rəsmi Paris isə Yerevanın tərəfini tutdu. Bu gün Fransanın aparıcı şirkətləri Qarabağdakı böyük tikinti layihələrindən kənarda qalmaqdan ehtiyat edirlər. Bir sıra şirkətlərin rəhbərləri mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb və azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verilib. Diqqətə çatdırılıb ki, Qarabağda inşasına başlanan hava limanının tikinti işləri avqustun sonunadək tamamlanacaq. Bu hava limanı Qarabağın incisi olan Şuşa şəhərinə xidmət edəcək. Bu, Azərbaycanda Bakıdakı hava limanından sonra əhəmiyyətinə görə ikinci aeroport olacaq. Türk şirkətləri azad olunmuş ərazilərin bərpasına fəal şəkildə cəlb ediliblər.
Həmçinin vurğulanıb ki, rəsmi Paris Cənubi Qafqazdakı mövqeyini sakitcə balanslaşdırmağa çalışır və bu məqsədlə fevralda dövlət katibini Azərbaycana göndərib.
Məqalədə bir neçə fransız deputat öz təşəbbüsləri ilə Azərbaycana səfərindən də söz açılıb. Bildirilib ki, səfərdən sonra həmin deputatlar Milli Assambleya və Senatda beynəlxalq hüquqa zidd olaraq qəbul edilmiş, heç bir hüquqi əsası olmayan qətnamələrdən sonra bu iki ölkə arasında münasibətlərin bərpa edilməsinin zəruriliyini vurğulayıblar.
Yazıda vurğulanır ki, Fransa erməniləri dəstəklədiyi üçün Azərbaycan xalqı da fransız şirkətlərinin ölkədəki böyük layihələrdə iştirakını qəbul etməz.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəzetin sualını cavablandıraraq hazırda fransız şirkətlərinin əlverişsiz vəziyyətdə olmasının siyasi səbəblərdən asılı olmadığını bildirib. Amma qeyd edib ki, məsələn, Türkiyə kimi bəzi ölkələrə daha çox üstünlük verilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
XƏBƏR LENTİ
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)





